
İntensiv yağışlar səbəbindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyeklərini su basıb.
Bu barədə "AVESTA.AZ"a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.