
Culfa şəhərinə yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evi subasmaya məruz qalıb.
"Report"un yerli bürosu xəbər verir ki, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa şəhərində fərdi yaşayış evinin subasmaya məruz qalması barədə daxil olub.
Məlumat əsasında əraziyə dərhal Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi Hissəsinin qüvvələri cəlb olunub.
Nəticədə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.