13-12-2023, 23:51 678

Qərbi Azərbaycan Xronikası: Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə hayların mənəvi terrorunun, addəyişmə siyasətinin və tarixi saxtalaşdırma əməliyyatının tərkib hissəsinə çevrilən Böyük Qarakilsə rayonu haqqında süjet hazırlanıb.

“AVESTA.AZ”un xəbərinə görə, “Ermənilərin coğrafi terroru - itirilən izlər” adlı süjetdə Çar Rusiyasının Qafqazı zəbt etmək siyasəti nəticəsində erməni-hay adlı etnik toplumun regiona ayaq açması ilə bu bölgədə təkcə fiziki-mənəvi yox, həm də coğrafi terrorun gücləndiyi, bu çirkin planın Qərbi Azərbaycanın başqa məkanları kimi, Böyük Qarakilsə rayonunun timsalında özünü daha aydın göstərdiyi vurğulanır.

Bildirilir ki, İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində yerləşən Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Qərbi Azərbaycanın Loru və Pəmbək mahalının bir hissəsi məhz Böyük Qarakilsə rayonunun ərazisinə düşür. Bu toponim alban məbədinin adı əsasında yaranıb. Tarixi mənbələrdə göstərildiyi kimi, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən iki min erməni havadarlarının himayəsinə keçdikdən sonra Loru-Pəmbək bölgəsində məskunlaşmağa başlayıb. Pəmbək çayının sağ sahilində yerləşən Qarakilsə kəndinin əsası 1828-ci ildə qoyulub.

Qeyd olunur ki, Ermənistan SSR-in rayonlaşdırılması zamanı Pəmbək mahalının ərazisi əsasən Böyük Qarakilsə - sonralar Kirovakan və Quqark rayonu, Hamamlı - sonralar Spitak rayonu arasında bölünüb: “Təxminən, 26 kəndi olan Böyük Qarakilsə rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb və 1935-ci il yanvarın 3-dək Böyük Qarakilsə (1930–1935) adlanıb. Sonra Kirovakan, Vanadzor və Quqark adlandırılıb. Nəhayət 1995-ci il noyabrın 7-də Ermənistan parlamentinin qərarı ilə Böyük Qarakilsə (Quqark), Kalinino - yəni Taşir, Hamamlı (Spitak), Calaloğlu (Stepanavan), Allahverdi (Tumanyan) rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilib və inzibati mərkəzi Böyük Qarakilsə şəhəri hesab edilir”.

Diqqətə çatdırılır ki, 1980-ci ildə Böyük Qarakilsədə yaşayan əhalinin sayı 149 min nəfər olub və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. 1988-ci ilə qədər azərbaycanlılar bu ərazidə yaşasa da, həmin ilin payızından yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bundan sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə 28 tarixi yer adları dəyişdirilib.

Sonda vurğulanır ki, tarixin saxtalıq sevmədiyi hamıya gün kimi aydındır: “Hansı etnos saxtakarlığa əl atırsa, bu, onun keçmişinin yoxluğu deməkdir. Keçmişi olmayanın isə gələcəyi heç vaxt olmur. Ona görə də əminik ki, qədim yaşayış məskənlərimizin sahibləri tarixi torpaqlarımızın saxtalaşdırılmasına heç vaxt göz yummayacaq, doğma yurda qayıdıb yaşamaq hüququnu yenidən bərpa edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR