
ABŞ-də ehtiyatların ardıcıl ikinci həftə azalması ilə bağlı məlumatlardan sonra neft qiymətləri artıb.
“AVESTA.AZ” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1 barel üçün 74,59 dollar ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,44 % çoxdur.
Nyu-York əmtəə birjasında WTI markalı neftin yanvar fyuçersləri 0,3 % bahalaşaraq 1 barel üçün 69,68 ABŞ dolları olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.