
“Red Bull” komandası “Formula 1” üzrə dünya çempionatının 2023 mövsümündə qazandığı kubokları nümayiş etdirib.
“AVESTA.AZ” xəbər verir ki, Avstriya təmsilçisi mövsüm ərzində ümumilikdə 51 titul əldə edib.
22 Qran-pridən 21-də komanda şəklində kuboka sahib olan “Red Bull”un pilotları ümumilikdə 30 dəfə podiuma çıxıblar. Dünya çempionu Maks Ferstappen 21 dəfə fəxri kürsüyə qalxıb ki, onun 19-da qələbə qazanıb. Serxio Peres isə 2-si birinci yer olmaqla, 9 dəfə ilk “üçlük”də qərarlaşıb.
Qeyd edək ki, 575 xal toplayan Maks Ferstappen 3-cü dəfə dünya çempionu olub. Onun komanda yoldaşı Serxio Peres 285 xalla ikinci yeri tutub. Komandaların yarışında isə “Red Bull” 860 xalla birinciliyə sahib çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.