
Bakının Xəzər rayonunda sərxoş kişi tanışı tərəfindən bıçaqlanıb.
“AVESTA.AZ”un məlumatına görə, Qala qəsəbəsində tanışı tərəfindən bıçaq zərbəsi alan 1982-ci il təvəllüdlü Saatov Nais Yunus oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, N. Saatov hadisə zamanı sərxoş vəziyyətdə olub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.