
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, Buzovna qəsəbəsində 1987-ci il təvəllüdlü Ramil Mahmudov dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona başın təpə-ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.