15-12-2023, 08:30 484

Azərbaycanın neft-qaz sənayesində növbəti mərhələ: GL yeni reallıq yaradır

Azərbaycanın ilk özəl enerji şirkəti GL, tabeliyindəki əməliyyat şirkəti “Taghiyev Operating Company” (TOC) tərəfindən istismar edilən “Buzovna-Maştağa” yatağında dörd yeni quyunun qazılması zamanı mühüm ilklərə imza atdı.

Bununla da şirkət, Azərbaycanda quruda qazma əməliyyatlarının yeni standartlarını müəyyən edir və istismarda olan yataqların bərpası strategiyasına keyfiyyət etibarı ilə yeni yanaşma təklif edir.

Azərbaycanda quruda ilk dəfə olaraq, GL “GeoTap” sistemindən istifadə edərək yatağın lay təzyiqi, neftlə doyumluluğu, məhsuldarlığı və neftin mobilliyi haqqında əhəmiyyətli texniki məlumatların əldə edilməsinə müvəffəq oldu.

Bu məlumatlar qazma və tamamlama əməliyyatları zamanı yüksək dəqiqliklə qərarların qəbul edilməsi prosesini dəstəkləməklə hər mənimsənən quyudan ilkin olaraq planlaşdırılandan iki dəfə çox hasilata nail olunmasına gətirib çıxardı. Qeyd olunan məlumatlar yataqda quyuların əsaslı təmiri və növbəti qazma əməliyyatları zamanı görülən işlərin uğurla tamamlanmasına töhfə verəcək.

Şirkət Azərbaycanda quruda 2000 metr dərinlikdə qazma əməliyyatını ən qısa müddətdə reallaşdırmaqla rekorda imza atdı. Yüksək icra göstəricisi ilə qazma işləri ilk quyuda 28 günə, ikinci və üçüncü quyuda hər biri 22 günə, dördüncü quyuda isə cəmi 18 günə tamamlandı.

Son 30 il ərzində yataqda ilk dəfə GL-in rəhbərliyi ilə Qırmaki altı lay dəstinin alt laylarından neft əldə edildi.

Sonda onu da qeyd edək ki, yatağın tarixində ilk dəfə olaraq GL qazma zamanı 180 metr maili istiqamətləndirmə ilə maili qazma texnologiyasını tətbiq etməklə yanaşı neft əsaslı məhluldan istifadə etdi və qazma prosesini çınqıllı süzgəç üsulu ilə tamamladı.

GL şirkətinin Baş icraçı direktoru Asif Zeynalovun sözlərinə görə, səriştəli idarəetmə komandası, quyuların düzgün texniki-mühəndis layihələndirilməsi, müasir texnologiyaların tətbiqi, dəqiq planlaşdırma və podratçılarla işin düzgün qurulması şirkətin üç ay əvvəl başladığı qazma layihəsinin uğurla və təhlükəsiz başa çatdırılmasına töhfə verən əsas amillərdir.

“Biz tərəfdaşlarımıza və podratçılarımıza, o cümlədən SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR AQŞ, “Halliburton”, “Weatherford”, “Baker Hughes” və digər şirkətlərə səmərəli əməkdaşlığa və uğurlu qazma işlərinə verdikləri töhfəyə görə təşəkkür edirik. Bu quyulardan əldə olunan nəticələr sübut edir ki, istismarda olan yataqlara düzgün yanaşma ilə onların istismar müddətini uzatmaq və hasilatı artırmaq üçün böyük potensial var”, - Asif Zeynalov qeyd etdi.

GL 2024-cü ilin ortalarına kimi müasir texnologiya və metodların tətbiqi ilə daha iki quyunun qazılmasını planlaşdırır.

Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR