15-12-2023, 15:53 613

SOCAR və BP Azərbaycanda metan emissiyalarının azaldılması üçün əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP Azərbaycanda metan emissiyalarının azaldılması üçün əməkdaşlıq edəcək.

Bu barədə “Report” SOCAR və “BP-Azerbaijan” şirkətlərinin məlumatlarına istinadən xəbər verir.

Bildirilib ki, bu gün SOCAR və BP Azərbaycanın neft-qaz sektorunda metan səviyyələrinin azaldılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsünü elan etmək üçün birgə tədbir keçirib. Qlobal “Metan Rəhbər Prinsipləri”ni (MGP) imzalamış bu iki şirkət Azərbaycanda metan emissiyalarının azaldılması səylərini irəli aparmaq məqsədilə öyrətmək və başqalarından öyrənmək, təcrübələri bölüşmək və birgə fəaliyyət üçün metan sahəsindəki öz təcrübə və biliklərini bir araya gətirərək sıx əməkdaşlıq edəcək.

Bundan iki həftə əvvəl, noyabrın 30-da “MGP” ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirmək üçün özünün yeni Qlobal Metan Emissiyalarının Azaldılmasının Təşviqi (AGMR) təşəbbüsünü elan etmişdi. SOCAR və BP həmin təşəbbüs çərçivəsində birgə işləyərək Azərbaycanda enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsi hazırlamaq səylərinə dəstək məqsədilə əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirəcək.

Tədbirdə həmçinin SOCAR-la BP arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu sənəd çərçivəsində şirkətlər metan səviyyələrinin azaldılması sahəsində bilik və bacarıqların inkişafı, emissiyaların ölçülməsi, hesabatlılıq, yoxlama, texnologiyalar və texniki təcrübənin artırılması yönümündə birgə işləyəcək.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib ki, SOCAR və BP-nin uzunmüddətli tərəfdaşlığı qlobal miqyasda davamlı, sərfəli və təhlükəsiz enerji təmin edilməsində əlamətdardır: “Bu memorandumun imzalanması qarşılıqlı əlaqələrimizi daha da gücləndirmək öhdəliyimizi bir daha təsdiqləyir. Əminik ki, bu əməkdaşlıq metan qazının azaldılması və iqlimin qorunmasına əhəmiyyətli töhfələr verəcək. Birlikdə metan idarəetmə texnologiyaları üzrə təcrübə və fikirləri bölüşəcək, birgə texnologiya sınaqları və kampaniyaları üçün imkanları müəyyən edəcək və metan emissiyalarının azaldılması ilə bağlı məlumatlılığın artırılmasına töhfə verəcəyik.”

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, bu mühüm sənəd Azərbaycanda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş və bu sahədə səyləri birləşdirməyə imkan verəcək: “Sənəd bizim bu istiqamətdə sıx əməkdaşlıq etmək niyyətimizi əks etdirir. İnanırıq ki, birlikdə sənayenin, cəmiyyətin və hökumətin metan emissiyalarının azaldılması səylərinə daha güclü dəstək verə bilərik. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkədə metan sahəsinə əhəmiyyətli dəyişikliklər gətirmək üçün SOCAR-la sıx işləməyə davam edəcəyik.”

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR