16-12-2023, 20:08 637

Tbilisidə

Gürcüstanın paytaxtı Tbilisidə "Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə" mövzusunda forum keçirilib.

"AVESTA.AZ" un yerli bürosu xəbər verir ki, forum çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin Sərgi qalereyasında Qərbi Azərbaycanada ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən fotolardan ibarət sərgi açılıb.

Tədbir iştirakçıları əvvəlcə sərgini ziyarət ediblər.

Sonra tədbirdə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin təşkilatçısı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək " İB-nin sədri Toğrul Allahverdili çıxış edərək bildirib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, o cümlədən Qərbi Azərbaycandan olan soydaşlarımızla “Qərbi Azərbaycana qayıdlş Konsepsiyası”nı müzakirə etmək, eləcə də gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında Cənubi Qafqazın tarixindən, regiondakı azərbaycanlıların və gürcülərin dövlətçilik tarixinin kökləri, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən tarixi sənədlərlə bağlı geniş məlumat verib.

Əslən Qərbi Azəbaycandan olan Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalından tam azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub: "Lakin, bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan əslində onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Görülən tədbirlər qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil".

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, KOBİA yanında ictimai şuranın sədri Fərhad Qaraşov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonra forum panel iclaslarda işini davam etdirib.

“Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən birinci paneldə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti Nikoloz Cavaxişvili, professor Ramiz Bəkirov, gürcü tarixşünas professor Tengiz Malania, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək fikirlərini bölüşüblər.

“Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi” mövzusuna həsr olunmuş ikinci paneldə isə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli çıxış edib, məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İB-nin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı, Gənclər Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, Milli Məclisin deputatları, tarixçi alimlər, siyasətçilər və ictimai xadimlər iştirak ediblər.

Sonda forum iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və tədbirin yekunlarına dair bəyanat qəbul olunub. Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndəriləcək.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR