
Rusiyanın T-80 tankı ölkənin Belqorod vilayətinin Valuyski rayonunun Karabanovo kəndinin yaxınlığında minaya düşərək məhv olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ya mənbələr bildirib.
Bildirilib ki, insident dekabrın 16-da baş verib. Belə ki, texnika tankəleyhinə idarəolunan minanın üzərinə getməsi nəticəsində tamamilə məhv olub. Ekipaj üzvlərindən bir hərbçi ölüb, digəri yaralanıb.
Qeyd edək ki, sözügedən ərazi Ukrayna ilə sərhəddən təqribən 20 km aralıda yerləşir. Rusiya rəsmiləri məlumatı şərh etməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.