
ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi keçmiş dövlət başçısı Donald Trampa prezidentliyə namizəd kimi yerli praymerizlərdə iştirakını qadağan edən hökm çıxarıb.
“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Hakimlər qərarlarını ABŞ Konstitusiyasına 14-cü düzəlişlə izah ediblər. Düzəlişə əsasən, etirazçılar yüksək dövlət vəzifələri tuta bilməz.
Telekanal qeyd edib ki, ştatın Ali Məhkəməsinin hakimlərinin hamısı (yeddi hakim – Qeyd) demokrat qubernatorların qərarları ilə bu vəzifələrə təyin ediliblər.
Məhkəmənin Trampa qarşı çıxardığı hökm yalnız Kolorado ştatında etibarlıdır. Qərar eks-prezidentin yanvarın 4-dək ABŞ Ali Məhkəməsinə müraciət etmək hüququ olduğu üçün hələ qüvvəyə minməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.