20-12-2023, 15:51 517

İranın daha bir bazası hədəfdə - HƏMAS-a zərbəni üzərinə götürən husilər - ŞƏRH

Yəməndəki husi qiyamçıları Qırmızı dənizdə gəmilərə, neft tankerlərinə hücum edir. Bu, regionda yeni münaqişə ocağının yaranması kimi də dəyərləndirilir.

Ağ evin milli təhlükəsizlik məsələsi üzrə sözçüsü Con Kirbi həmin su hövzəsində baş verən hadisələrə toxunaraq bildirib ki, husilər hücumları dayandırmalıdır.

Pentaqonun başçısı Lloyd Ostin İsrailə səfəri çərçivəsində ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşərək bölgədəki vəziyyəti müzakirə edib.

Yeri gəlmişkən, HƏMAS İsrailə hücum edəndən iki gün sonra oktyabrın 9-da husilər İsrailə müharibə elan etdiyini açıqlayıb. Hətta, Yəməndən İsrail istiqamətində raket belə atılıb. Bu günlərdə isə qiyamçılar İsraillə bağlılığı olan gəmilərə, tankerlərə hücum edəcəklərini açıq şəkildə bildiriblər.

Qırımız dəniz isti və duzlu dənizlərdəndir. O, qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan, Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmənlə əhatə olunub. Qırmızı və Aralıq dənizini Süveyş kanalı birləşdirir. Odur ki, bu, neft və neft məhsullarının da daşındığı əsas yollardan biridir. HƏMAS-ı dəstəkləyənlər İsrailə qarşı mübarizə kimi Qırmız dənizlə ticarətin dayandırılmasına səy göstərir. Bu təhdid nəticəsiz olmayıb. Artıq Böyük Britaniyanın BP şirkəti husi qiyamçılarının gəmi və tankerlərə hücumunu əsas göstərərək Qırmız dənizlə tankerlərinin neft daşınmasını müvəqqəti olaraq dayandırıb. Ondan bir neçə gün əvvəl isə Danimarkanın “A.P. Moller-Maersk”, Almaniyanın “Hapag-Lloyd”, Fransanın “CMA CGM” və İsveçrənin Aralıq dənizi gəmiçilik (MSC) şirkətləri də uyğun addım atıblar.

Husilərin təhdid və hücumlarını neytrallaşdırmaq məqsədi ilə ABŞ-nin təşəbbüsü ilə Böyük Britaniya, Kanada, Fransa, İspaniya, İtaliya, Niderland, Norveç, Bəhreyn, Seyşel adalarının daxil olduğu koalisiya yaradılıb. Bu birlik Lloyd Ostin Bəhreynə səfəri zamanı açıqlanıb.

Ötən gün İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Əlirza Təngsiri bildirib ki, okeanda raketlə silahlanmış gəmilərində 55 min yerli bəsic (Sepahın yarımhərbi könüllü kadr bazası) qüvvələri cəlb edilib. Onları “kölgə donanması” adlandıraraq qeyd edib ki, İranın cənubundakı bir sıra sahil kəndləri onların idarə etdiyi döyüş gəmiləri ilə təchiz olunub.

O, Körfəzdəki Bəsic dəniz qüvvələrinə 55 min könüllünün və 33 min gəminin daxil olduğunu bildirərək, ikinci mərhələdə onların İranın şimalında (Xəzər dənizində) yerləşdiriləcəyini vurğulayıb. Ə.Təngsiri bununla Azərbaycanla İsrail münasibətlərini də təhdid edir.

Qırımızı dənizdə gəmilərə və tankerlərə hücumu husilərin reallaşdırdığı iddia olunur. Təbii sual yaranır: bu əməllərdə İran hakimiyyətinin barmağı varmı?

Bu il İran, Rusiya və Çin Hind okeanında və körfəzdə dəfələrlə hərbi manevr keçirib. Hətta, bu su hövzəsində üçlükdən ibarət güclü bir ittifaqın yaranacağı da ehtimal olunur. Bəzi təhlilçilər bunun dünyada ən güclü ittifaq olacağını belə iddia edirlər.

Belə bir vəziyyətdə Yaxın Şərq bölgəsində ABŞ-nin koalisiyası ilə bu ittifaqın qarşıdurmasının yaranması ehtimalı yaranır. Ancaq onların birbaşa üz-üzə gələcəyi ehtimalı azdır. Çünki bu savaşdan daha çox Çin ziyan görəcək. O isə iqtisadiyyatının yüksəlişdə olduğu bir dövrdə belə qarşıdurmaya çətin gedər.

Rusiya və Çin üçün bu oyunu Tehran hakimiyyəti daha uğurlu oynaya bilər. Çünki bütün istiqamətlərdə bu rol münasibdir. Odur ki, husi kimi silahlılardan piratsayağı istifadə edirlər. İran bu hücumlarda nəyi hədəfləyir?

Tehranın əsas məqsədi İsraili dünyanın siyasi xəritəsindən silməkdir. Bundan başqa regionda hegemon olmağı qarşısına başlıca məqsəd olaraq qoyub. Bu hədəfə doğru irəliləməkdə ona mane olanlara qarşı ya döyüşür, ya da problemlər yaradır. Səudiyyə Ərəbistanı ilə münasibətlərinin keçmişini yada salmaq olar. Yaxud Türkiyə-İran arasında zaman-zaman gərginlik də buna örnəkdir. HƏMAS-ın İsrailə hücumu İran üçün istəklərini reallaşdırmaq, yaxud gücünü göstərmək üçün əlverişli şərait yaradıb. HƏMAS onun və arxasında duran güclərin təmsilçisidir. Heç şübhəsiz bu qruplaşma İsrail ordusu ilə döyüşlərdə zəifdir. Onun indiyədək müqavimət göstərməsində Tehranın rolu olduğu danılmazdır. HƏMAS-ın Qəzza zolağından sıxışdırılması İran və onun arxasında durna güclərin İsrailə təsir imkanlarının məhdudlaşdılması deməkdir.

İran İsraili müdafiə edən güclərin diqqətini HƏMAS-dan yayındırmaq məqsədi ilə nəzarəti altında olan qüvvələrdən istifadə edir. Suriyada və İraqda ABŞ-nin hərbi bazalarına hücumlar, Livanda “Hizbullah”ı İsrail ərazisini raket atəşinə tutması, bir də husilərin Qırmızı dənizdə piratçılığı belə yayındırıcı manevrlərdəndir. Tehran hakimiyyəti bu yolla həm də dünya bazarında xam neftin süni şəkildə qalxmasına nail olmağa səy göstərir. Bununla da, gündəlik tələbat malların bahalaşacağını hədəfləyir. Rusiya-Ukrayna müharibəsində "taxıl böhranı" zamanı baş verən gərginliyin effektini yaratmağa cəhd göstərilir. Qırmızı dənizi sahillərindəki ölkələrin xüsusi ilə Səudiyyə Ərəbistanı, Ədən körfəzi, Bab-əl-Məndəb boğazı, Qırmız dəniz, Süveyş kanalı ilə dünyanın müxtəlif ölkələrinə və geri neft də daxil olmaqla mallar daşıyırlar. Tehran Qırmızı dəniz hövzəsini təhlükəli bölgə halına gətirməklə İsraili dəstəkləyən, yardım edən ölkələrin iqtisadiyyatına zərbə vurmağa çalışır.

İran hakimiyyəti və onun havadarları husilərin hücumu ilə HƏMAS-İsrail müharibəsinin miqyasının genişləndiyi təəssüratını yaratmağa çalışdıqlarını da ehtimal etmək olar.

İran hakimiyyəti və dəstəkçilərinin birlikdə yaratdıqları çoxşaxəli yayndırıcı manevr nəticəsində ABŞ kolasiyasının husi bazalarına, daha yaxın məsafədən zərbələr endirəcəyi ehtimalı da artır. Bu isə nəticə etibarı ilə İranın Livan, Suriya və İraqdan sonra daha bir silahlı qruplaşma düşərgəsinin hədəfə alınması deməkdir. Beləliklə, İran hakimiyyəti özünümüdafiə məqsədi ilə daha bir bazasını, husiləri qalxan edir.

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR