22-12-2023, 14:45 617

İranın Ermənistana acdığı liman qapısı – İrəvan yeni alət rolunda - ŞƏRH

İran Ermənistana xidmət üçün daha bir qapı açıb. İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzalanıb. Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan bildirib ki, sənədə əsasən onlar İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcəklər.

Qeyd edilib ki, bundan sonra İrəvan sadələşdirilmiş qaydada İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan yararlanmaq imkanı qazanacaq.

Çabahar limanında ölkəsinin operator fəaliyyətindən danışan nazir müavini əlavə edib ki, bu məsələ Tehranla Yeni Delhi arasında müzakirə mərhələsindədir.

İranın Ermənistana belə bir lütfü, xüsusi ilə Xəzər sahilindəki Ənzəli limanından daha uyğun şərtlərlə istifadəsi nə ilə bağlıdır?

Qeyd edək ki, İran, Hindistan və Ermənistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yaratmaqla Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat layihəsinə alternativ təqdim etməyə çalışırlar. Tehran bununla şaxələnən tranzit imkanlarını nümayiş etdirməyə səy göstərir.

Yer gəlmişkən, İran özünü həm də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vacib ticarət tərəfdaşı sayır. Tərəflər arasında azad ticarət haqqında müqavilənin imzalanacağı planlaşdırılır.

2018-ci ildə İran və Aİİ arasında Preferensial Ticarət Sazişi (güzəştli ticarət sazişi) imzalansa da, sənəd 2019-cu il oktyabr 27-də qüvvəyə minib. Ancaq hələ də işlək vəziyyətdə deyil. Bu daha çox RF-İİR əməkdaşlığına töhfə verə bilər. İki ölkə arasında bu ilin ilk 10 ayında ticarət dövriyyəsinin ümumi həcmi 1,67 milyard dollar təşkil edib. Potensial imkanları və qarşılıqlı münasibətləri nəzərə alsaq, bu iki ölkə arasında çox kiçik rəqəm sayılır.

Bütün hallarda İran və Ermənistanın arzuları ilə imkanları uzlaşmadığından bir çox layihələr müzakirə səviyyəsini aşmır.

İran hakimiyyətinin buna iqtisadi, maliyyə, siyasi potensialı yetərli sayılmır. Bir sıra istiqamətlər üzrə, o cümlədən siyasi və hərbi rəsmilərinə, şirkətlərinə, neft-təbii qaz sahələrinə sanksiyalar tətbiq edildiyindən, habelə yürütdüyü daxili və xarici siyasət səbəbindən riskli ölkə halına gəlib. Məsələn, İranla Azərbaycan arasında uyğun infrastrukturun, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsi 20 ildən artıqdır reallaşmır. Riskli ərazi olduğundan, eləcə də, maliyyə çatışmazlığı səbəbindən onun tranzit yollarının şaxələnməsi mərkəzinə çevrilməsi imkanı məhdudlaşır. Bu halda İrəvanın “sülh kəsişməsi” layihəsi də arzu olaraq qalır.

Belə bir vəziyyətdə Ermənistanla İran arasında infrastruktur layihələr reallaşa bilər. Deməli, Hindistan İrandan Ermənistana müxtəlif məhsullar, eləcə də hərbi texnika daşıya bilər. Cənubi Qafqazın bu ölkəsi dalan olduğundan onun ərazisindən xaricə, Avropaya çıxış mümkünsüzdür.

Gürcüstandan keçən Yuxarı Lars yolu indiki şəraitdə Ermənistanın qapısı sayılır. Bunu da mövsümi saymaq olar. Onun təkcə Rusiyadan uzaqlaşmasına deyil, ümumiyyətlə gələcək inkişafı üçün yol məsələsi vacibdir. Ənzəli limanı Mərkəzi Asiya, xüsusilə Türkmənistan, Qazaxıstanla əlaqələr saxlamaq üçün yaralı ola bilər. Bu iki ölkənin Ermənistanla münasibətləri həmişə normal olub.

Türkmənistan və Qazaxıstan onun neft-qaz tərəfdaşı sayılıb. Yeni şəraitdə bu istiqamətdə ticarət dövriyyəsi arta bilər. Bu həm də Rusiyadan kənar keçməklə yük daşımasını asanlaşdırar. Tehran Ənzəli limanını Rusiya üçün alternativ olaraq görməsə də, Ermənistandan Moskvaya qarşı çəkindirici alət kimi perspektivdə yararlana bilər. Çünki RF və İİR üzləşdikləri vəziyyətə görə rəqib ola bilmir. Bu səbəbdən onlarla neft, təbii qaz sahəsində ticarəti genişləndirir. İranın bu istiqamətdə imkanı məhdud olduğundan tranzit yollar təklif edir.

Bu baxımdan İranın Ermənistana təqdim etdiyi limanlar, o cümlədən Ənzəli Xəzərdən keçəcək Orta dəhliz üçün alternativ kimi görülür, yaxud o, layihənin reallaşmasına maneə kimi irəli sürülür. Çünki Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması rəsmi İrəvan üçün xilasdır. O, bununla asılılıqdan - kənar qüvvələrin əlində alət olmaqdan qurtula, həm də qazana bilər. Bu baxımdan Ermənistana 3 limandan istifadə imkanı ondan iki istiqamətdə istifadə etmək ehtimalı yarada bilər. Başqa sözlə, Tehranın İrəvana limanlar təklifi daha çox avantüraya oxşayır. Bütün cəhətlər üzrə vurnuxan Ermənistanın oxu daha çox İran üzərində dayanır. Atalar sözüdür: “Acın canı yalançının əlindədir”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR