24-12-2023, 19:33 476

Şərurun Xələc kəndində məscid istifadəyə verilib

Dekabrın 24-də Şərur rayonunun Xələc kəndində yeni məscid istifadəyə verilib.

"Report"un yerli bürosu xəbər verir ki, açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, məscidin həm “Heydər Əliyev İli” çərçivəsində, həm də belə bir əlamətdar gündə istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman islami dəyərlərə hörmət və ehtiramla yanaşıb.

Məscidləri, dini ziyarətgahlarımızı qoruyub, dini-mənəvi dəyərlərimizi yaşadaraq, inkişafına xüsusi diqqət göstərib.

S.Seyidəhmədli diqqətə çatdırıb ki, Xələc kənd məscidində yaradılan şərait milli-mənəvi dəyərlərimizin qorunmasının Prezident İlham Əliyevin ciddi diqqət mərkəzində olmasının əyani sübutudur.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, ziyarətgah və tarixi abidələr inşa edilib və ya bərpa olunub. Digər çıxışçılar da 44 günlük Vətən müharibəsindəki zəfərimizə və bu ilin sentyabrında aparılan lokal antiterror tədbirlərinə diqqət çəkərək, bildiriblər ki, artıq bu gün Azərbaycanın bütün bölgələrində azan səsi duyulur.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən Xələc kənd məscidinə müqəddəs Quran hədiyyə edilib. Sonra məscidə baxış olub.

Qeyd edək ki, Xələc kəndindəki sözügedən ərazidə əvvəllər də məscid fəaliyyət göstərib. Lakin tam yararsız vəziyyətə düşdüyündən, yenisinin inşa olunmasına ehtiyac yaranıb. 1250 kv.m sahədə yerləşən məscidin tikintisinə Xələc kənd cəmiyyətinin təşəbbüsü və sakinlərin dəstəyi ilə ilə 2022-ci ilin avqust ayında başlanılıb. Məscid 1 gümbəz və 2 minarədən ibarət olmaqla, eyni zamanda 135 nəfərin ibadət etməyi üçün uyğunlaşdırılıb. Ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR