
Sumqayıtda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub.
“AVESTA.AZ”un yerli bürosu xəbər verir ki, Siyəzən rayon sakini 1989-cu il təvəllüdlü Xangəldiyev Vüsal Rəhman oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Cəfərov Elşən Balamirzə oğlunun idarə etdiyi “Qaz-31” markalı avtomobillər toqquşub.
Qəza zamanı həmin ərazidən keçən piyadanı avtomobillər vurub. Zərərçəkmiş hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.