27-12-2023, 13:46 602

Kürdəmirdə üçmərtəbəli binanın bir hissəsi uçub, sakinlər təhlükə qarşısındadır

Kürdəmir şəhərinin Heydər Əliyev prospektində yerləşən və bir əsrə yaxın yaşı olan üçmərtəbəli qeyri-yaşayış binasının bir hissəsi dağılıb. Tamamilə qəzalı vəziyyətə düşən tərkedilmiş binanın hər an uça biləcəyindən ehtiyatlanan sakinlər onun tez bir zamanda sökülməsini istəyirlər.

"AVESTA.AZ"un Yuxarı Şirvan bürosu xəbər verir ki, sözügedən bina ötən əsrin 40-cı illərində tikilib və İkinci Dünya müharibəsi zamanı xəstəxana kimi istifadə olunub.

Sonralar bina mehmanxana kimi fəaliyyət göstərib. Sonrakı illərdə binada Birinci Qarabağ müharibəsi dövründə doğma yurdlarından didərgin düşən məcburi köçkünlər məskunlaşıb.

İstismar müddəti bitən tikilidə hazırda yaşayış yoxdur. 10 gün əvvəl bir hissəsi uçan bina yaxınlıqda yaşayan sakinlər və obyekt sahibləri üçün təhlükə mənbəyinə çevrilib.

Rayon sakini İlyas Bağırov "AVESTA.AZ"un yerli bürosuna bildirib ki, binanın bir tərəfi üçmərtəbəli, digər hissəsi isə ikimərtəbəlidir: "Məcburi köçkünlər başqa yerə köçürüləndən sonra bina yiyəsiz qaldı. 10 gün əvvəl evdə oturmuşduq, birdən gurultu eşitdik. Düşündüm ki, yəqin maşınlar toqquşub, çıxıb gördük ki, bina uçub. Buna bir əncam çəkmək lazımdır".

Digər rayon sakini Mehman Qəniyev isə deyib ki, binanın yaxınlığından uşaqlar, şagirdlər keçir: "Aidiyyəti qurumlardan xahiş edirəm ki, bina tez bir zamanda sökülsün".

Çəkiliş zamanı öyrəndik ki, bina heç bir qurumun balansında deyil və hərrac vasitəsilə hansısa iş adamına satılıb. Binanın sahibi ilə əlaqə saxlamaq istəsək də, alınmadı.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin aparıcı məsləhətçisi Əziz Hacı “AVESTA.AZ”un yerli bürosuna bildirib ki, Kürdəmir şəhəri Heydər Əliyev prospekti məhəllə 3/20 ünvanında yerləşən, uzun illər öncə inşa edilərək mehmanxana kimi fəaliyyət göstərmiş və hazırda istifadəsiz olan binanın 1-ci və 2-ci mərtəbəsinin sağ yan divarı dekabr ayının 10-da dağılıb.

"Həmin gün Kürdəmir Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə binanın yerləşdiyi əraziyə baxış keçirilib və binanın dağılma təhlükəsi nəzərə alınaraq qabaqlayıcı tədbir kimi uçmuş səki ərazi lentlə mühafizəyə alınıb. Mövcud vəziyyətlə bağlı akt tərtib olunaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə baxılması üçün göndərilib", - o qeyd edib.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR