30-12-2023, 12:55 501

Qarğalıq sakinləri kommunal problemlərdən şikayət edir, rəsmilər həll olunacağını bildirir

Xaçmazın Qarğalıq kəndinin sakinləri kommunal problemlərdən, qaz, yol və su çatışmazlığından əziyyət çəkirlər.

Bu barədə "Report"un Şimal bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndin daxili küçələri bərbad vəziyyətə düşüb. Uzun illərdir yol problemi ilə üz-üzə qaldıqlarını bildirən sakinlər qeyd olunan küçələrin qış aylarında bataqlığa çevrildiyini, yolların keçilməz olduğunu deyiblər.

Kəndin mərkəzində Qaraçayın üzərində olan qəzalı körpü isə sakinləri daha çox narahat edir. Çünki çaya sel gəldiyi zaman bu körpü daha acınacaqlı vəziyyətdə olur.

Kəndinin sosial problemləri bununla bitmir. Artezian quyusunun elektrik mühərrikinin sıradan çıxması səbəbindən əhali uzun müddətdir ki, içməli su sarıdan əziyyət çəkir. Onlar 500 metr uzaqdan əl ilə qablarda su gətirməli olurlar.

Məsələ ilə bağlı Qarğalıq kənd bələdiyyəsinin sədri Gülaməddin Quliyev "Report"un yerli bürosuna bildirib ki, hər il kənddaxili yollara çınqıl səpilir və yollar təmir olunur: "Növbəti il də həmin küçələrdə yol təmiri işləri aparılacaq.
Körpünün təmirinə isə bələdiyyənin maddi imkanları çatmır. Kəndi içməli su ilə təmin edən artezianın isə mühərriki yanıb, yaxın günlərdə yeni mühərrik alınacaq və artezian istifadəyə veriləcək".

Qarğalıq kəndinin daha bir problemi mavi yanacaqla bağlıdır. Təbii qaz olmadığından sakinlər istilik tələbatını odun yanacağı ilə ödəmək məcburiyyətində qalıblar. Odun əldə etməyin özü də qəliz məsələdir.

Sakinlər söyləyiblər ki, bir maşın odunun qiyməti təxminən 350-400 manatdır. Bu da hər sakinin maddi imkanına uyğun gəlmir. Məcburiyyət qarşısında qalan kənd sakinləri şəxsi təsərrüfatlarında əkdikləri meyvə ağaclarını kəsib yandırırlar.

Qarğalıq kəndinin nə vaxt mavi yanacaqla təmin olunacağı barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Report"un yerli bürosuna bildirib ki, regionların qazlaşma prosesi "Azəriqaz"ın öz maddi resursları hesabına mərhələli şəkildə həyata keçirilir: "Qarğalıq kəndinin də qazlaşdırılması gündəmimizdədir. Sözügedən kəndə qaz xətlərinin çəkilməsi növbəti mərhələdə nəzərdə tutulub. Ümumilikdə, Xaçmaz rayonunun qazlaşma səviyyəsi 94,3 faiz təşkil edir".

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR