
İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.
“Report” Livanın agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib.
Bildirilib ki, hadisədə ümumilikdə dörd nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.
Məlumata görə, olayda 11 nəfər yaralanıb.
Qeyd edək ki, Saleh əl-Aruri HƏMAS-ın liderlərindən biri, onun hərbi qanadı “İzzəddin Əl-Qəssam” briqadasının banilərindəndir. 2023-cü ilə olan vəziyyətə əsasən o, HƏMAS-ın siyasi bürosunda sədr müavini və HƏMAS-ın İordan çayının qərb sahilindəki hərbi komandanıdır. Bununla belə, o, Livanda yaşayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.