
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) təhlükəsizlik üzrə ekspertlərdən ibarət missiyası Zaporejye AES-ə yola düşüb.
“AVESTA.AZ” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Rafael Qrossi tviterdə yazıb.
Missiyaya Rafael Qrossi şəxsən başçılıq edir.
"Biz Ukraynanın və Avropanın ən böyük nüvə obyektini mühafizə etməliyik. Bu missiyaya rəhbərlik etdiyimdən qürur duyuram", - o, paylaşımda yazıb.
Qeyd edək ki, təhlükəsizlik üzrə ekspertlər obyektin atəşə tutulmasının ekspertizasını keçirəcəklər. Əldə olunacaq nəticələrdən günahkarları məsuliyyətə cəlb etmək üçün istifadə edilə biləcəyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.