4-01-2024, 10:29 623

Ermənistan - siyasi məhbusların bol olduğu ölkə - ŞƏRH

Ermənistan hökuməti özünü hər nə qədər demokratiya qalası, Qərb dəyərlərinin keşikçisi adlandırsa da, reallıq odur ki, bu gün sözügedən ölkə diktatura və siyasi məhbusların sığınacağına çevrilib. Bu gün saxta və uydurma ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Baş nazir Nikol Paşinyan bu şəxslərin siyasi gücündən və çəkisindən qorxur və hakimiyyətinə qarşı təhlükə olduğunu düşünür. Bu səbəbdən də müxtəlif cinayət işləri, təqiblər, saxta ittihamlarla müxtəlif ictimai və siyasi xadimləri, hərbçiləri həbsxanalara doldurur. Hətta sosial şəbəkədə fikir bildirənlərə qarşı da amansızlıq hakim partiyanın tez-tez əl atdığı üsullardan biridir. Eyni zamanda müxalif düşüncələrinə görə də təqib edilən insan sayı az deyil. Erməni müxalifəti etiraf edir ki, bu günə qədər Ermənistanda bu qədər siyasi məhbus olmayıb. Maraqlıdır ki, aparılan sorğuların nəticələri də ürəkaçan deyil. Respondentlərin 49.2 faizi Ermənistanda kifayət qədər siyasi məhbusun olduğunu etiraf edib. 20.1 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

Bununla belə, insan hüquqlarının kobud şəkildə pozulmasına bir sıra beynəlxalq təşkilat və strukturlar göz yumur, tənqidi fikirlər səsləndirməkdən vaz keçirlər. Bu da bu tip struktur və təşkilatların ikili standart tətbiq etməsindən xəbər verir. Azərbaycanda konkret cinayət əməli törədən şəxsə qarşı cinayət işi açılanda bu beynəlxalq qurumlar nədənsə kənd itləri kimi səs-səsə verərək insan hüquqların pozulmasından, siyasi məhbus nağıllarından moizələr oxumaq üçün sıraya düzülürlər. Bu gün isə Ermənistanda 50-dən çox siyasi məhbus olduğu halda, cəmi bir dəfə, Avropa Xalq Partiyası Armen Aşotyanın siyasi məhbus olduğunu, onun azad edilməsinin vacibliyi ilə bağlı bəyanat səsləndirib.

Aşağıda erməni siyasi məhbuslarından bəzilərinin kim olduğuna və həbs motivlərinə toxunaq.

Armen Aşotyan

Keçmiş təhsil naziri, “Respublikaçılar” partiyasının sədr müavini Aşotyan uzun müddət siyasi təqiblərə məruz qalıb. Paşinyan komandasını və onun yürütdüyü siyasəti sərt şəkildə tənqid edən siyasətçi siyasi baxışlarına görə həbs edilib. Artıq uzun müddətdir həbsdə olan Armenin nə zaman azadlığına qovuşacağı hələ məlum deyil.

Mamikon Aslanyan

Vanadzorun keçmiş meri Mamikon Aslanyan da yerli seçkilərdə qalib gəlsə də, hakim partiyanın qəzəbinə tuş gəlib. Ötən il dekabrın 15-də Aslanyan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunub. Dekabrın 16-da onun iki ay müddətinə həbs edilməsinə qərar verilib. Sonradan isə bu həbs müddətləri uzadılıb. Aslanyan bloku keçirilən seçkilərdə 45 faiz səs toplayaraq, hakim partiyanın namizədini üstələmişdi. Yerli icra strukturlarını ələ keçirməyi qarşısına məqsəd qoyan “Mülki müqavilə” üçün isə bu, yeni bir əngəl idi. Bu səbəbdən də müxtəlif ittihamlarla Mamikon həbsə göndərilib.

Albert Bazeyan

İrəvanın keçmiş meri Albert Bazeyan da Paşinyanın qəzəbinə tuş gələrək həbsə atılan şəxslərdən sayılır. O, bir qrup şəxslə birlikdə hökumət üzvlərinə qarşı zorakılıq aksiyaları təşkil etməkdə ittiham olunur. Bu qrup dedikdə “Səlibçilər” ictimai təşkilatına istinad edir ki, mediaya sızan məlumata görə, onun üzvlərindən biri, Bazeyan əleyhinə ifadə verib. Axtarış zamanı keçmiş merin üzərində heç nə tapılmayıb, lakin həbs müddəti uzadılıb. Bazeyan qondarma ittihamla həbs edilib və təqibin əsl səbəbi siyasi fəaliyyətə qayıtmaq qərarı olub. Veteran dairələrdə Bazeyan böyük nüfuza malikdir və buna görə də Paşinyan rejimi üçün təhlükə yaradır. Keçmiş səhra komandirinin səhhətində ciddi problemlər var, lakin Paşinyanın ədaləti belə hallara məhəl qoymur.

Levon Koçaryan

Ermənistanın 3-cü prezidenti Robert Koçaryanın oğlu da bir müddət həbsxana həyatı yaşayıb və siyasi dairələrdə siyasi məhbus ünvanını alıb. İrəvanda keçirilən mitinqdə polisə hücum etmək ittihamı ilə həbsə atılan Koçaryan siyasi fəaliyyətə qoşulduğu gündən hakim partiyanın hədəfinə çevrilmişdi. Əslində isə Paşinyanın əsas hədəfi Robert Koçaryan idi və onun siyasi baxışlarına, hakimiyyətə münasibətinə, açıqlamalarına görə, korrupsiya ittihamı ilə cinayət işi açılmışdı. Maraqlıdır ki, Levon atasının yolu ilə getmək qərarına gəldiyi üçün qəzəb oxlarına tuş gəlmişdi.Amma sonradan həbs müddəti başa çatdı və aktiv siyasətə qoşuldu. Hazırda Ermənistan parlamentində təmsil olunur. Nikol Paşinyan 26 dekabrda Sankt-Peterburqdan qayıtdıqdan sonra Robert Köçəryana qarşı da cinayət təqibinə xitam verilib. Görünür, Rusiya Prezidenti Vladimir Putinlə şəxsi dostluq münasibəti bu işdə ona kömək olub.

Yuxarıda sadalananlardan əlavə, bu siyahıya professor Arman Carçyanı, Avetik Çalabyanı, Narek Malyanı, Hrant Baqratyanı, Qarnik İsaqulyanı, Tatevik Virabyanı, Avetik İşxanyanı da əlavə etmək olar. Göründüyü kimi, hakim partiya erməni müxalifətindən və siyasi fəallardan ciddi şəkildə qorxduğu üçün adi bir sosial şəbəkə postuna görə müxtəlif ittihamlarla onları həbsə atmaqdan belə çəkinmir. Növbəti il, yəni 2024-cü il isə deyəsən, Ermənistanda daha sərt keçəcək. Çünki Paşinyan hökumətinin daha da azğınlaşacağı, repressiya və təzyiqlərin kəskin artacağı ehtimal edilir. Siyasi opponentlər hədəfə qoyulacaq, məhkəmə sisteminə təzyiqlər vasitəsilə bu şəxslər həbsə atılacaq.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR