5-01-2024, 14:25 540

Azərbaycanın aqrar sektoru 2023-cü ildə - İCMAL

Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı xüsusi diqqət yetirdiyi kənd təsərrüfatında 2023-cü ildə bir sıra yeniliklər oldu.

İlk növbədə Azərbaycanda aqrar sektora birbaşa cavabdeh olan şəxs dəyişdi. İndiyə qədər kənd təsərrüfatı naziri olan İnam Kərimov Ali Məhkəmənin sədri təyin olundu, onu köhnə vəzifəsində isə Məcnun Məmmədov əvəz etdi.

Yeni nazir səlahiyyətlərinin icrasına demək olar ki, yeni inzibati binada başladı. Onun xələfinin dövründə - 2017-ci ildə inşasına başlanılmış binanın açılışı Prezident İlham Əliyevin iştirakı ilə baş tutdu. Burada nazirliyin aparatı ilə yanaşı, tabeliyindəki qurumlar da yerləşdirildi. Yeri gəlmişkən, M.Məmmədovun imzaladığı əmrə əsasən, sentyabrdan Azərbaycanda vətəndaş qəbullarını nazirlə yanaşı, onun müavinləri, aparat rəhbərləri, həm də tabeli qurumların rəhbərləri keçirməyə başladı. Məqsəd fermerlərə daha yaxın olmaqdır.

Azərbaycanda ərzaq təhlükəsizliyi ötən ildə də diqqət mərkəzində oldu. Hökumət ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməyə, eləcə də faiz subsidiyası ödəməyə qərar verdi. Bunun üçün Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik etdi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzaladı.

Bununla belə, 2023-cü ildə Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 2022-ci illə müqayisədə 22,4 % az - 450 manat/ton müəyyənləşdi. Əvəzində fermerlərdən alınan şəkər çuğundurunun qiyməti artırıldı. "Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə şəkər çuğundurunun hər tonunu şəkərlilik faizinə uyğun olaraq 4 manat baha - 485 manata almağa qərar verdi.

Ötən il Nazirlər Kabineti kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun həyata keçirilməsi haqqında qərar qəbul etdi. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə baş tutacaq.

Azərbaycanda 3 il əvvəl tətbiqinə başlanılmış aqrar sığortanın əhatə dairəsi ötən il bir qədər də genişləndirildi. Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri isə rekord həddə çatdı. Bu il fermerlər Fonddan 4 milyon manat civarında sığorta ödənişi alıb ki, bu da 2021-2022-ci illərlə müqayisədə təxminən 2 dəfə çoxdur.

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar aqrar sahədən də yan keçmədi. Nazirlər Kabineti Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi barədə qərar qəbul etdi, ali təhsil müəssisəsinin Nizamnaməsini təsdiqlədi. Prezident İlham Əliyev isə Universitetə yeni rektor təyin etdi. Bu, Zəfər Qurbanov oldu. Bundan başqa, il ərzində BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) dəstəyi ilə ADA Universitetində Kənd təsərrüfatı və qida elmi fakültəsi açıldı.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR