
Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 100-ə çatıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin regional rəhbərliklərinin verilənlərindən məlum olub.
Məlumata görə, 500-ə yaxın insan yaralanıb. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.