
Yanvarın 26-da energetika naziri Pərviz Şahbazov Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
“AVESTA.AZ”un nazirliyə istinadən verdiyi məlumata görə, qəbul saat 12:00-dan başlayaraq Astara şəhərindəki Heydər Əliyev Mərkəzində (İstiqlaliyyət küçəsi, 26b ünvanında) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.