7-01-2024, 13:43 543

ABŞ Dövlət Departamentinin səhvi - erməni əməkdaşın spekulyasiyası - ŞƏRH

Böyük dövlətlərin səhvi beynəlxalq ictimaiyyətin rəyinə geniş miqyasda təsir göstərir. Çünki bir çox hallarda bu münasibətlə hesablaşırlar. Təəssüf ki, ABŞ kimi dövlətin xarici siyasətində, Dövlət Departamentinin hesabatında səhvlərə yol verilir. Bu isə onun konfliktlərin həllində ədalətli və tərəfsiz olacağına şübhə yaradır.

Son zamanlar xüsusən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlik institutu tarixin yararsız bölməsinə göndərildikdən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verilməsi istiqamətində ABŞ, Fransa başda olmaqla Avropa İttifaqı və Rusiya arasında yarışma gedir. Dövlət Departamenti tərəflərin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə hazırlaşır.

Belə bir şəraitdə ABŞ-nin xarici siyasət idarəsi Azərbaycanda “dini azlıqların hüquqlarının pozulmasına”, yaxud “dini dözümsüzlüyə” qarşı hesabat yayıb. Sənədlə tanış olanda qərəz açıq-aydın görünür. Çünki rəsmi Bakının və Azərbaycan cəmiyyətini bu məsələdə ittiham etmək azı Allahsızlıqdır. Məsələ heç də Azərbaycanda açılan yeni məscidlər, təmir olunan kilsə və sinaqoqlarda deyil. Çünki rəsmi Bakı, Heydər Əliyev Fondu bu kimi ibadət yerlərinin təmir-bərpasına həm ölkə, həm də ondan xaricdə diqqət ayırır. Ölkə ərazisində çox sayda kilsə və sinaqoq təmir olunub və fəaliyyət göstərir.

Ermənistan hakimiyyəti Qarabağ və ətraf rayonlarda regionda yaşayan ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladıqları illərdə tarixi kilsə və məscidləri dağıdıb, onları yararsız hala salmışlar. Ancaq 30 il ərzində Dövlət Departamenti bununla bağlı bir etiraz cümləsi belə yazmadı. 2016-cı ildə Roma Papası Fransisk səfəri zamanı Azərbaycanda xristian kilsələrinə hörmətlə yanaşıldığını etiraf etmişdi. Azərbaycan dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristianlığa məxsus dini abidələrin bərpası ilə bağlı layihələr həyata keçirib. 2018-ci il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Müqəddəs Sebastyan katakombalarının açılışı olub. Açılış mərasimində vurğulanıb ki, bu katakombalar bütün xristian dünyası üçün böyük əhəmiyyət kəsb edir. Onlar 1578-ci ildə aşkar edilib və buradakı bəzi abidələr III əsrə aiddir.

Azərbaycanda bir çox ölkələrdə təqib olunan bəhailər, zərdüştlər belə öz ayinlərinin sərbəst halda həyata keçirirlər.

1992-ci ildə Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanun qəbul olunub. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Konstitusiyasında bildirilib: "Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır...”.

Azərbaycanda dini etiqad azadlığının hüquqi bazası, qorunması, icrasına dair çoxsaylı faktlar var. Odur ki, rəsmi Bakıya bu məsələdə təzyiq etmək də yersiz, əsassızdır. Bu, ABŞ-nin nüfuzuna ziyan vuran addımdır.

Hesabatın qərəzliliyini təsdiqləyən başlıca amil onu erməni etnik qrupunun nümayəndəsinin hazırlamasıdır. Sanki bu hesabatı erməniyə Dövlət Departamenti qəsdən həvalə edib. Hesabatın Azərbaycana aid hissəsini dövlət komissiyasının sədri Daniela Aşbaxyan adlı erməni qadın hazırlayıb. O vaxtilə Livanın ABŞ-dəki konsulluğunda işləyib. Bu ölkədə vəzifədə çalışan erməni etnik qrupunun nümayəndələrinin əksəriyyətinin anti-Türkiyə və anti-Azərbaycan olduğu hər kəsə məlumdur. “Ermənilik” ideologiyası bu ölkədən yayılır. Eləcə də ermənilərin ASALA terror təşkilatı 1975-ci ildə Livanın Beyrut şəhərində yaradılıb. Ermənistan dini baxımdan da bu ölkədəki kilsə tərəfindən idarə olunur. Ehtimal edilir ki, Livandakı erməni ideoloqların fətvası ilə bu qrupunun nümayəndələri İsraildə pozuculuq fəaliyyəti göstərirlər.

Bir neçə ilə öncə Livanın erməni turizm naziri Avetis Qidanyan yerli telekanallardan birinə müsahibəsində türklərə qarşı düşmənçiliyini gizlətməmiş, onların Livanda hava limanında görmək istəmədiyini vurğulamışdı. Belə siyasi-ictimai və etnik mədəni mühitin yetirməsi olan Daniela Aşbaxyanın da Azərbaycan və Türkiyəyə qarşı düşmən, qərəzli mövqedən çıxış etdiyi istisna olunmur.

Dövlət Departamentinin belə bir ciddi sənədi qərəzli olacağı əvvəlcədən istisna edilməyən bir əməkdaşa verməsini Ağ Evin ünvanına yazmasaq da, bu, bürokratik spekulyasiyadır. Qurumda çalışan uyğun bölmənin rəhbəri erməni lobbisi və ya diasporunun imkanlarından faydalanmaq üçün də belə bir məsul işi Azərbaycana qarşı qərəzli mövqedə olan bir erməni xanıma həvalə edib. Onun hesabata hikkə və kinlə yanaşdığı isə hesabatda açıq-aydın görünür. Dövlət Departamentinin indiki həssas bir zamanda belə bir addımı atması da ona etibarı zədələyir. Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri olacaq. Ona görə də ehtimal etmək olar ki, hesabatı tərtib edənlər bu siyasi kampaniya qabağı rəsmi Bakıya təzyiq etməyi hədəfləyiblər. Ancaq Daniela Aşbaxyanın hazırladğı “sənəd” departamentin ziyanına oldu. Bu baxımdan qurumun növbəti hesabatlarının da qərəzlilik təəssüratı yaradacağı istisna edilmir.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR