9-01-2024, 15:36 395

Federasiya rəsmisi: “Əcnəbiləri milliləşdirməklə həndbolu inkişaf etdirə bilmərik” - MÜSAHİBƏ

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərovun “AVESTA.AZ”a müsahibəsi.

- İlin ilk günlərində Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və daha kiçik təvəllüdlü yeniyetmə həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışı keçirildi. Turnirlə bağlı təəssüratlarınız necədir?
- Həmin regionda ilk dəfə belə yarış keçirilirdi. Regionun bütün komandalarının turnirdə iştirak etmələri sevindirici haldır. Məşqçilərə seminar keçirdik, komandaları forma və toplarla təmin etdik. Həmin zonadakı məşqçilərlə birlikdə həndbolu inkişaf etdirmək istəyirik.

- Yeniyetmələrin durumu sizi qane etdi?
- Açığı, balacaların həndbol bacarıqları hələ aşağıdır. Yalnız Cəlilabad komandası bir az fərqlənirdi. Amma maraq çox yüksək idi. Balacalar həndbolla məşğul olmaq istəyirlər. Həmin zonada uzun müddət həndbol yox idi.

- Son vaxtlar Azərbaycan həndbolunda nisbətən canlanma hiss olunur. Ölkədə bu idman növünün inkişaf prosesi necə gedir?
- Əsas problemimiz uğurlu nəticələrimizin olmamasıdır. Çox istərdik ki, yığmalarımız beynəlxalq arenalarda uğurlu çıxış etsinlər. Ancaq bu, bir ilin işi deyil. Əcnəbiləri milliləşdirməklə həndbolu inkişaf etdirə bilmərik. Öz yetirmələrimiz olmalıdır. Bizim üçün prioritet budur. Düzdür, indiki məqamda Avropa ilə müqayisədə həndbolumuzun səviyyəsi aşağıdır.

- Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 6 tur geridə qalıb. Komandaların çıxışları ürəyinizcədir?
- Həm kişilərdə, həm də qadınlarda bərabər gücdə 3-4 komanda var. Heyətlərinə əcnəbilər cəlb ediblər, yaxşı maliyyə dəstəkləri var. Təbii ki, bu amillər intriqanın artmasına təkan verir. Oyunlar da gərgin alınır, komandalar başabaş mübarizə aparırlar. Yüksək Liqalarda autsayderlərin səviyyəsi digərlərindən aşağıdır.

- Kişilərdə 7, qadınlarda 6 klub çıxış edir. Bu sayın artması ilə bağlı hansısa addımlar atılır?
- Biz hər ikisində komanda sayını 10-a yüksəltmək istəyirik. Ancaq bunun üçün rayonları inkişaf etdirmək lazımdır. Bunu bacarsaq, işimiz daha da asanlaşar.

- Növbəti mövsümdə komanda sayını 10-a çatdırmaq nə dərəcədə real görünür?
- Hələ ki rayon komandaları yüksək liqada çıxış edəcək səviyyədə deyillər. Gəncə və Mingəçevirdə böyüklərdən ibarət komanda var. Ancaq onların da bazalarına əl gəzdirmək, komandaya kömək etmək lazımdır. Həmin zonalarda maliyyə problemləri də var. Bunları həll etsələr, ölkə çempionatında iştirak edə bilərlər.

- Çempionatdakı hazırkı mübarizə Azərbaycan millisinə necə təsir göstərə bilər?
- Sözsüz ki, müsbət təsir edəcək. Yerli həndbolçular klublardakı əcnəbilərdən nələrsə öyrənə bilərlər. Gənclərə üstünlük vermək lazımdır ki, onların sayı artsın. Onlara diqqət ayrılsa, yığma gələcəkdə yaxşı durumda olar.

- Qadınlardan ibarət Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində 5-ci qrupda keçirdiyi ilk iki oyununda məğlub olub. Yığmanın İspaniya, Şimali Makedoniya və Litva önündə bundan sonrakı matçlarda şanslarını necə qiymətləndirirsiniz?
- Komandamız fevralın sonlarında və martın əvvəllərində Litva ilə iki dəfə üz-üzə gələcək. Qrupdakı rəqiblər artıq illərdir sabit çıxış edirlər. İspaniyanın 17 yaşlı həndbolçuları yüksək liqada çıxış edirlər. Onlarla rəqabət aparmaq hələ tezdir.

- Bu rəqabətə hazır olmaq üçün nə etmək lazımdır?
- İlk növbədə yeniyetmə həndbolçulara diqqəti artırmaq lazımdır. Əcnəbiləri milliləşdirib oynatmağın heç bir xeyri yoxdur. Bu, ancaq süni görünür. Məsələn, “Neftçi”nin 3X3 basketbol komandasının heyəti amerikalılardan qurulub. Biz bu qaydada etmək istəmirik. Çətin olsa da, aşağı yaş qruplarından yetişdirmək istəyirik. Rayonlarda, məktəblərdə həndbol komandaları qurulmalıdır. Türkiyənin hər regionunda qızlardan ibarət həndbol komandaları var. Həmin sistemi burada da tətbiq etmək lazımdır. Federasiya bu yöndə dəstəyini əsirgəmir. Əvvəlki federasiya rəhbərliyi bu işlərlə məşğul olmayıb. Komandalarımız indi niyə məğlub olurlar? Əvvəlki federasiya 15-20 il ərzində iş görməyib, yeniyetmələrin inkişafı üçün bir qəpik də xərcləməyiblər. Ancaq hazırkı federasiya rəhbərliyi həndbolun inkişafına çalışır, yarışlar təşkil edir. Nazir Fərid Qayıbov da bunun üçün köməyini əsirgəmir.

- Qadın həndbolçulardan ibarət Avropa Kubokunun 1/8 final mərhələsinin yanvarın 20-də keçiriləcək “Armada Praksis Yalıkavaspor” (Türkiyə) - “Ankara Yenimahalle” (Türkiyə) matçında Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcəksiniz. Turnirin final görüşünə təyinat almaq perspektivinizi necə görürsünüz?
- Avropa Həndbol Federasiyası məni tez-tez klubların və millilərin oyunlarına təyin edir. Avropada tanınmış nümayəndəyəm. Bundan sonra üç il vaxtım qalıb. 68 yaşım tamam olandan sonra təyinat almayacağam. Ümumiyyətlə, Avropa Həndbol Federasiyasında iş strukturu belədir ki, 68 yaşı tamam olan bütün nümayəndələr, rəsmi şəxslər işi tamamlayırlar. Dəfələrlə yarımfinal, yeniyetmələrin, U-18, U-19, U-20-lərin yarışında final oyunlarına təyinat almışam. Ümumilikdə 6 dəfə final görüşündə iş başında olmuşam. Fikrimcə, aktiv fəaliyyətimin son illərində böyüklərin yarışında da bir final görüşü mənə həvalə olunar. 68 yaşdan sonra yəqin ki, təkcə Azərbaycan Həndbol Federasiyasındakı fəaliyyətimi davam etdirəcəyəm.

Paylaş

Xəbər lenti

GTA VI oyununun qiyməti 100 dollar olacaq? Bu gün, 20:48 Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab Bu gün, 20:48 Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır Bu gün, 20:48 Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib Bu gün, 20:48 Bakıda məktəbdə nə baş verib? - 5 şagird xəstəxanaya aparıldı Bu gün, 20:48 Bakıda mənzillərin qiymətləri yüksəldi Bu gün, 20:48 Eldar Səlimov İraq DİN-in generalı ilə görüşüb Bu gün, 19:48 Danimarka şirkəti Azərbaycanda külək turbinlərinin istehsalını lokallaşdıra bilər Bu gün, 19:48 Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib Bu gün, 19:48 "Çelsi"nin ukraynalı oyunçusu 4 il futboldan kənarlaşdırıldı Bu gün, 19:48 Azərbaycanlı xanım çinli bəylə evləndi Bu gün, 19:48 Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur" Bu gün, 19:48 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb Bu gün, 19:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi, biri ÖLDÜ - Araşdırma aparılır Bu gün, 18:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi Bu gün, 18:48 Bakı metrosu WUF13 iştirakçılarına müraciət edib Bu gün, 18:48 Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub Bu gün, 18:48 Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər Bu gün, 18:48 Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur Bu gün, 18:48 Bakda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq Bu gün, 18:48 DGK sədri: "Temu" ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib Bu gün, 17:48 Gömrükdə 300 dollarlıq limit dəyişdirilir? - DGK sədri açıqladı Bu gün, 17:48 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar Bu gün, 17:48 Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub Bu gün, 17:48 Uşaq musiqi məktəblərində müəllimlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək Bu gün, 17:48 Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı Bu gün, 17:48 "Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb Bu gün, 17:48 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi Bu gün, 17:48 Kəmaləddin Heydərov rəis müavini təyin etdi Bu gün, 17:48 Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI Bu gün, 16:48 Min manat borca görə ölkədən çıxışa "stop" qoyulur? Bu gün, 16:48 "Prezident Kuboku 2026" beynəlxalq reqatası: Birinci yarış gününün qaliblərii mükafatlandırılıb Bu gün, 16:48 BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı Bu gün, 16:48 Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb Bu gün, 16:48 İran valyutası yenidən ucuzlaşıb - Dollar 1,8 milyon riala çatıb Bu gün, 16:48 Prezidentin sərəncamı əhalinin sel və daşqın fəlakətlərindən müdafiəsinə gətirib çıxaracaq - RƏY Bu gün, 16:48 Bu il 100 yaşı tamam olan azərbaycanlı alimin həyat və yaradıcılığı Bu gün, 16:48 Gömrük borcunun hesablanmasında YENİLİK Bu gün, 15:48 Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib Bu gün, 15:48 Mayda hava 35°-dək yüksələcək - AYLIQ PROQNOZ Bu gün, 15:48 "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum oldu Bu gün, 15:48 Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq? Bu gün, 15:48 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi Bu gün, 15:48 AFFA "Neftçi"ni 12 min, "Qarabağ"ı 8 min cərimələdi Bu gün, 15:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi - Biri öldü Bu gün, 15:48 AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün  Avropaya yola düşüblər Bu gün, 15:48 Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR