
Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Quşqara kənd yaxınlığından keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, qəza zamanı iki avtomobil toqquşub.
Nəticədə 1995-ci il təvəllüdlü Elimxan Şabanov aldığı xəsarətlərdən ölüb. Daha bir nəfər isə xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.