11-01-2024, 11:28 345

Azərbaycanın turizm sektoru Prezident İlham Əliyevi dəstəkləyir - BƏYANAT

Azərbaycanda turizm sənayesi üzrə fəaliyyət göstərən ictimai birliklər adından Prezident İlham Əliyevin siyasətinin davam etməsini arzulayan birgə bəyanat qəbul edilib.

"AVESTA.AZ" xəbər verir ki, bəyanatda dövlət başçısının apardığı siyasətə tam dəstək ifadə olunub.

Bəyanatı "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov oxuyub: "Son 20 ildə Prezident İlham Əliyevin əzmi, siyasi iradəsi, uzaqgörənliliyi, müstəqil siyasi kursu sayəsində əldə olunan böyük uğurlar turizm sənayesində də köklü dəyişikliklər, tamamilə yeni mənzərə yaradıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi, Vətən müharibəsində qazandığımız qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı cəmi 23 saat 51 dəqiqə sürdü. Hərbi dərsliklərə düşən unikal əməliyyat nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. Bu gün Şuşa, Xankəndi, Xocalıda Azərbaycan Bayrağı qürurla dalğalanır. Bu, İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli siyasətin təntənəsidir.

Turizmin inkişafında mühüm yer tutan əlçatanlılığın təmin edilməsi son 20 ildə xüsusi diqqət mərkəzindədir, nəticədə ölkənin hava, quru, dəmir yolu infrastrukturu inkişaf etdirilib. Bu isə öz növbəsində müasir hotelçilik və turizm biznesinə sərmayə qoyuluşunun artmasını stimullaşdırıb. Ötən dövr ərzində dünyada ən məşhur hotel brendləri Azərbaycanda iş qurub, qış turizm kompleksləri, sağlamlıq mərkəzləri yaradılıb, yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir üslubda tədbir məkanları inşa edilib. Bu proses bu gün də davam edir.

Bütövlükdə turizmin inkişafı qeyri-neft sektorunun inkişafında əsas istiqamətlərdən biri kimi qəbul edilib, sektorun qeyri-neft iqtisadiyyatında payı 3,4 %-ə çatıb. İlham Əliyevin yürütdüyü siyasət nəticəsində turizm sahəsində dövlət siyasətinin əsas prinsiplərinin və turizm fəaliyyətinin əsaslarının müəyyənləşdirilməsi, vergi və gömrük güzəştləri kimi mexanizmlərin tətbiqi, bir sıra lisenziyaların ləğvi, turizm və rekreasiya zonalarının yaradılması, viza rejiminin liberallaşdırılması və asanlaşdırılması bu sektorda əsl canlanma yaradıb.

Son 20 il ərzində turizmin müxtəlif alt sahələri üzrə lazımi bilik və bacarıqlara malik insan kapitalının hazırlanması, turizm əmək bazarında xidmət və dəyər yaradan mütəxəssislərin yetişdirilməsinə imkan verən ali təhsil sisteminin formalaşdırılması, turizm təhsilinin təşkili sahəsində dövlət-biznes tərəfdaşlığının təşviqi istiqamətində böyük inkişaf yolu qət edilib.

Azərbaycan son illər ərzində Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu, futbol üzrə Avropa Çempionatının oyunları, 74-cü Beynəlxalq Astronavtika Konqresi, Formula 1 Azərbaycan Qran Prisi və digər bu kimi irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının əyani göstəricisidir.

Milli-mədəni irsin qorunması və turizmə inteqrasiyası sahəsində görülmüş bərpa və yenidənqurma işləri, son illərdə Azərbaycanın bir sıra maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması kimi tarixi hadisələr ölkəmizin müsbət imicinin yaranmasına töhfə verməklə yanaşı, dünya ictimaiyyətinin sahib olduğumuz zənginliklər və turizm potensialı barədə məlumatlanmasına, xarici turistlərin sayının artmasına və daxili turizmdə ciddi motivasiyaya səbəb olub.

Bu gün 30 il talan edilmiş, dağıdılmış Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir, bu bölgələrdə yaşıl düşüncə əsasında böyük turizm infrastrukturu yaradılır, artıq 2 beynəlxalq əhəmiyyətli hava limanı işə salınıb, daha 1-i də açılacaq. Yeni yollar salınır. Zəngəzur dəhlizi istiqamətində ciddi iş aparılır. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur regionun, bütövlükdə Qafqazın ən müasir turizm mərkəzinə çevriləcək.

Turizm sənayesində ixtisaslaşmış assosiasiyalar olaraq, biz həm də xaricilərin gözü ilə Azərbaycandakı dəyişiklikləri görə bilirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar bu gün bütün dünyada heyranlıqla izlənilir. Azərbaycan liderinin beynəlxalq miqyasda artan nüfuzu ölkəmizə də marağı artırır. İndi daha çox xarici Azərbaycana gəlmək arzusundadır.

Biz - turizm sənayesində ixtisaslaşmış assosiasiyalar olaraq, ölkəni qələbədən qələbəyə aparan Prezident İlham Əliyevlə fəxr etdiyimizi bəyan edirik. Biz Ulu Öndər Heydər Əliyevin yolu ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik.

Turizm sənayesində ixtisaslaşmış bütün assosiasiyaların vahid mövqeyi və rəyi bundan ibarətdir ki, Prezident İlham Əliyevin siyasəti davam etməlidir. İlham Əliyev qalib xalqın qalib lideridir!".

İmzalar:

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov

Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev

Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov

Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin rəhbəri Türkay Qasımzadə

"DAİR" Hotellər və Restoranlar İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Səfiyev

Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev

Səyahət və Turizm Peşəkarlarının Beynəlxalq Assosiasiyasının sədri Ceyhun Aşurov

Paylaş

Xəbər lenti

Zərdabda yağıntılar fəsad törətdi: FHN suçəkmə işlərinə cəlb olundu Bu gün, 11:48 WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib Bu gün, 11:48 Milli Məclis 13 məsələnin müzakirəsinə başlayıb Bu gün, 11:48 İlham Əliyev Mixeil Kavelaşvilini Gürcüstanın milli bayramı münasibətilə təbrik edib Bu gün, 11:48 DİN Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotik dövriyyədən çıxarıb Bu gün, 11:48 "İnter Mayami" Lionel Messinin durumu ilə bağlı açıqlama yayıb Bu gün, 11:48 Metrodan istifadə edənlərə VACİB XƏBƏR Bu gün, 11:48 Bakıda 8 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü Bu gün, 11:48 "Neftçi" Murad Məmmədovun "Pafos" klubuna keçidini açıqlayıb Bu gün, 11:48 Finlandiya Baş naziri dron təhlükəsi ilə bağlı açıqlama verib Bu gün, 11:48 TƏBİB-dən Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA Bu gün, 11:48 Bakının bu rayonunda konsert proqramı olacaq Bu gün, 11:48 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı Bu gün, 10:48 Gələn ildən buraxılış imtahanlarında xarici dil üzrə mətn yazmaq tələb olunacaq Bu gün, 10:48 2,3 milyon izləyicisi olan fitnes fenomeni evində ölü tapıldı Bu gün, 10:48 Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır Bu gün, 10:48 Netanyahu xəstəxanaya yerləşdirildi Bu gün, 10:48 FHN bayram günlərində gücləndirilmiş iş rejiminə keçir Bu gün, 10:48 DMX Bakı - Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət edib Bu gün, 10:48 İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur Bu gün, 10:48 Azərbaycanda bu gün iş saatları qısaldılıb - 1 saat tez çıxacağıq Bu gün, 10:48 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq Bu gün, 10:48 Şirniyyat asılılığından qurtulmağın YOLLARI Bu gün, 10:48 Kürdəmirdə 3 yaşlı uşaq binadan yıxılaraq öldü Bu gün, 10:48 Zərdabda faciə: Nənə öldü, nəvəsi ağır vəziyyətdədir Bu gün, 09:48 İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var Bu gün, 09:48 Bayram günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ - DYP-dən VACİB ÇAĞIRIŞ Bu gün, 09:48 Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb Bu gün, 09:48 AMB innovativ maliyyə məhsulları üçün yeni müraciət mərhələsinə başlayır Bu gün, 09:48 Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb Bu gün, 09:48 Mourinyo indidən "Real Madrid" üçün transfer edir - Bastoni ilə razılaşdı Bu gün, 09:48 Ağdam şəhərinə daha 417 nəfər köçüb Bu gün, 08:48 ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib Bu gün, 08:48 Alyona Əliyeva Rüqəyya Babaxanın "Ruhun müxtəlif üzləri" adlı fərdi sərgisindən paylaşım edib Bu gün, 08:48 Bakıda bir sıra yollarda tıxac var Bu gün, 08:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - VİDEO Bu gün, 08:48 Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Bu gün, 08:48 Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür Bu gün, 08:48 Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR