11-01-2024, 13:38 497

Prezident İlham Əliyevin müsahibəsi – dosta da, düşmənə də ismarışlar - ŞƏRH

Prezident İlham Əliyev ötən gün Azərbaycanın vətəndaşlarına, rəsmi Bakının dostlarına, düşmənlərinə, rəqiblərinə və bütövlükdə dünyaya bir sıra istiqamətlərdə ismarışlar verib. Onların arasında Ermənistan cəmiyyətinə, ona rəhbərlik edənlərə və havadarlarına ünvanlanan mesajlar da var.

Əvvəllər olduğu kimi rəsmi İrəvan Bakı ilə normallaşma prosesi istiqamətində əməli addımlar atmaqdansa yenə mücərrəd, avantürist və spekulyativ açıqlamalar verirlər. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yanvarın 10-da iddia edib ki, Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində müəyyən tənəzzül var. Bununla belə o, bir sıra digər sahələrdə müəyyən irəliləyiş gördüklərini də bildirib. Yaxud Ermənistan parlamentinin Təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasının nümayəndəsi Sarkis Xandanyan söyləyib ki, guya rəsmi Bakı İrəvanla birbaşa danışıqlarla bağlı təklif irəli sürməyib. Habelə bir müddət əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, təklifdə ölkəsinin ərazi bütövlüyünə təminat məsələsi yoxdur. Bu onların sülh sazişinin, imzalanmasına, bütövlükdə isə iki ölkə arasında normallaşma prosesinə maneədir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına 2 saat yarımlıq müsahibəsində ad çəkmədən Ermənistan rəsmilərinin bu və ya başqa iddialarına cavab verib, yeni ismarışlar göndərib.

Dövlət başçısı 2023-cü il sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən sonra həm BMT-də, həm də Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyinə, Bakının böyük təzyiqlər altına düşəcəyinə dair Ermənistana vədlər verildiyini qeyd edərək deyib: “Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, - çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, - cavab vermirdi”.

Prezident bununla Ermənistan hakimiyyətinin yenə prosesə deyil, kənar qüvvələrə, havadarlarına fokuslandığını işarə edib: “Onu da bildirməliyəm ki, biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gündən sonra yox, 30 gündən sonra göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər göndərdilər. Yəni, yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni, mənim fərziyyəm tam sübuta yetirilir”.

Dövlət başçısı bu ismarışı ilə İrəvanın sülh prosesində qeyri-ciddiliyini ortaya qoyub.

Ermənistanın Bakının təkliflərinə cavabı iki aydan çox yubatması onun havadarları ilə məsləhətləşmələr aparmasından, havadarları və erməni lobbisinin əlaqələri ilə rəsmi Bakıya təzyiqlərin artırılacağına arxayınlıqdan irəli gəlir. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə və havadarlarına Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac olmadığını da çatdırıb. O vurğulayıb ki, bu, iki suveren dövlət arasında imzalanacaq sənəd olacaq: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

Ermənistan cəmiyyətinə yenə bir sıra havadarları boş vədlər verir, onu Azərbaycana qarşı hazırlayırlar. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirləri Fransa və Hindistan hakimiyyətlərinin İrəvanı silahlandırmasına, İran rəsmilərinin Zəngəzur yoluna dair açıqlamalarına cavab da saymaq olar. Dövlət başçısı Ermənistan rəhbərliyinə, beynəlxalq aktorlara bir dəqiqədə düyməyə basıb, bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayıb: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.

Zəngəzur yolu ilə bağlı açıqlamalar verən, Ermənistanın ərazi bütövlüyü ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırıb: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. İlham Əliyev qeyd edib ki, əks halda Ermənistan əbədi dalan kimi qalacaq: “Dediyim marşrut (Zəngəzur dəhlizi - red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında sərhəd, ərazi məsələsinə dair iddiaları da cavablandırıb. O, Ermənistan hakimiyyəti və onun sponsorlarının 1970, 1975, 1990-cı illərin xəritələri ilə bağlı müxtəlif çıxışların açıq şəkildə cavablandırıb: “Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir...”.

Dövlət başçısı bununla da Azərbaycan Respublikasının xəritəsinə dair bəzi dairələrin ortaya atmağa cəhd göstərdikləri mübahisələrə də aydınlıq gətirib. Çünki Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir: “Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən, - mən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam, - 86,6 min kvadratkilometrə düşdü”.

Dövlət başçısı bu məsələdə qriqoryanların və “Ermənistan plyusların” ərazi məsələsi ilə bağlı iddialarını da cavablandırıb. Prezident Ermənistanın Azərbaycanla heç vaxt sərhəd çəkmədiyinə işarə edərək deyib : “Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır”.

Odur ki, Respublikanın ərazisi ilə bağlı tarixi ədalətsizlik də aradan qaldırılması məsələsinə yenidən baxılması məsələsi də gündəliyə çıxarılır.

Beləliklə, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın normallaşma və sülh prosesinə sadiq qaldığını, qaranlıq, ətrafında qalmaqal və şou yaradılan məsələlərə açıq-aydın münasibət bildirib. O, bununla həm də Azərbaycan cəmiyyətinin gələcək hədəflərini açıqlayıb.

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR