
Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostinin bildirilib.
“Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”, – Ostinin bəyanatında diqqətə çatdırılıb.
Onun sözlərinə görə, “koalisiyanın bugünkü əməliyyatları husilərə aydın mesajdır”:
“Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar”.
“Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq”, – nazir vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.