13-01-2024, 09:06 443

İsa Həbibbəyli:

Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvana Fransada göstərilən təhqiramiz münasibət bu ölkədə insana və sənətə münasibətdə bütün dəyərlərin itdiyini göstərir.

"AVESTA.AZ" xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, insanın ən dərin düşüncələrini yüksək bədii səviyyədə tərənnüm etməklə Xurşidbanu Natəvanın insanlığa göstərdiyi xidmətin müqabilində Fransanın Azərbaycanın qadın şairəsinin heykəlinə bəslədiyi qeyri-insani münasibət bu ölkənin özünü hansı səviyyədə aşağı endirdiyini əyani şəkildə nümayiş etdirir:

"Hələ XIX əsrdə “Məclisi-üns” kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş qadın şairənin heykəlinin Fransada aşağılanması Viktor Hüqonun vətənində sənət dəyərlərinin də artıq itirildiyini diqqətə çatdırır. Fransız yazıçısı Aleksandr Dümanı Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Qarabağda qonaq edib duz-çörəklə qarşılayan, lütfkarlıq edib onunla şahmat taxtası arxasında əyləşən Xan qızı Xurşidbanu Natəvanla müqayisədə Fransa rəsmiləri tutduqları məqamdan çox kiçik görünürlər. Fransa prezidenti Makronun uğursuz siyasəti fransız xalqını bütün insanlıq və sənət dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qoyub".

Akademik vurğulayıb ki, sarı jiletli xalqın nümayəndələrinin Paris şəhərinin küçələrindəki həyəcanlı çıxışları, etiraz əlaməti olaraq atdıqları dağıdıcı addımlar fransız xalqının heç də hamısının Fransa iqtidarı ilə eyni fikirdə olmadıqlarını görməyə tam əsas verir:

"Deməli, dəyərlərini itirən xalq deyil, ikili standartlarla dünyada artıq etibarı gözdən düşmüş Fransa rəsmiləridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə haqlı olaraq bildirdiyi kimi, “öz-özlüyündə vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi, onun selofana bükülməsi, ...gücsüzlük və isterikanın özünü heykəldə göstərməsi” Fransa iqtidarının məhkum olduğu “mənəvi deqradasiyanın dibi” deməkdir. Fransanın mənəvi deqradasiyası isə onun siyasi iflasının qarşısıalınmaz bir həddə çatmasının göstəricisidir".

"İşğalçı Ermənistana verdiyi süni dəstəyin isə erməni xalqı faktorundan istifadə etməklə, bədbəxt erməniləri aldatmaq yolu ilə Fransanın Afrikada itirilmiş mövqelərini Qafqazda bərpa etmək xülyasından başqa bir şey olmadığını dünyada hər kəs, o cümlədən ermənilər də yaxşı başa düşürlər. Fransanın növbəti müstəmləkəçilik planının ifadəsi olan bu səylər isə heç bir Qafqaz ölkəsində, o cümlədən, hətta sadə erməni xalqının iradəsi yetərli olan məqamda heç Ermənistanın özündə də baş tuta bilməz", - İ.Həbibbəyli əlavə edib.

AMEA prezidenti bildirib ki, Fransanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Xurşidbanu Natəvanın ölməz sənəti özünün yüksək ideya-bədii dəyərlərini qoruyub saxlayır:

"Xan Qızı Natəvanın XIX əsrdə yüksək zövqlə hazırladığı “Gül dəftəri” adlı rəsmli şeir kitabının nadir əlyazmasının Dünya Yaddaşı Reyestrinə daxil edilərək beynəlxalq miqyasda qəbul edilməsi və qorunması haqqında UNESCO-nun 2023-cü ildə səsvermə yolu ilə qəbul etdiyi qərar Azərbaycan şairəsinin zəngin ədəbi irsinə dünya miqyasında verilmiş böyük qiymətin isbatıdır. Eyni zamanda, Ermənistanın vəhşicəsinə xarabazarlığa çevirdiyi Ağdam şəhərində Xurşidbanu Natəvanın dağıdılmış məzarının, Şuşadakı uçurulmuş sarayının, bulaq abidəsinin və güllələnmiş heykəlinin torpaqlarını işğaldan azad etmiş müstəqil Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə yenidən bərpa edilməsi, həyata qaytarılması ədalətin təntənəsinin bariz nümunəsidir.

Bu gün Fransa dairələri Xurşidbanu Natəvanın heykəlinə bəslədikləri qeyri-insani təhqiramiz münasibətlə Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan UNESCO-nun da prinsiplərini pozur və orada da etibarını itirir. Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı UNESCO-nun Baş iqamətgahının dünya miqyasında qəbul edilən prinsipləri kobudcasına pozan Fransada yerləşməsi məsələsinə yenidən baxmalıdır. Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın heykəlinə təhqiramiz münasibəti icra edənlər layiq olduqları cəzaya məhkum edilməlidirlər".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR