16-01-2024, 13:32 565

Ermənistan mediasının təhrifi: ermənilərin SSRİ-yə unudulan xidməti - ŞƏRH

Erməni ideoloqları və əksər KİV-ləri ənənəvi olaraq tarixi hadisələri təhrif edir. Bu təhriflər əsasında da “tarix” yazırlar. Sonra belə saxta tarixdə göstərilən “faktları” da dünyaya car çəkirlər. Türkiyə və Azərbaycana qarşı olan havadarları da bu tip “məlumatlar”, “tarixi faktlar” əsasında siyasət qurur.

Məsələn, 1915-ci ildə Osmanlı dövlətindəki hadisələrin təhrif edilməsi əsasında ermənilər “tarix” yazıb. Bəzi ölkələrin müxtəlif seçkili qurumları bu qondarma iddiaları təsdiqləyib.

Son illər, hətta torpaqlar işğal altında olan illərdə belə Ermənistan rəsmiləri və KİV-i ölkəmizə qarşı çoxsaylı qondarma ittihamlarla çıxış edib, tarixi saxtalaşdırmaqla məşğul olublar. Azərbaycan SSRİ tərkibindən çıxarkən malik olduğu ərazidən Ermənistan ordusunu və qanunsuz silahlı birləşmələri çıxardıqdan sonra da bu təhriflər davam edir.

Bu günlərdə Ermənistan hakimiyyətinə bağlı “Baqramyan 26” teleqram kanalında 1990-cı illərin hadisələri təhrif olunub. Rəsmi İrəvanın informasiya və təbliğat ruporu saxtakarcasına iddia edib ki, 1988-ci ildə Azərbaycanda ermənilərə qarşı başlamış qırğınlar 1990-cı il yanvarın 12-13-də “zirvəyə” çatıb. Ermənistan hökumətinin kanalı bildirib ki, guya həmin tarixdə Bakıda minə yaxın erməni “öldürülüb”. Bu “etibarlı” mənbənin iddiasına əsasən, “erməni qırğını” ilə bağlı araşdırma aparılmadığı üçün “qurbanların dəqiq sayı da məlum deyil”.

Bu halda “Baqramyan” minə yaxın erməninin “öldürüldüyünü” necə təxmin edib? Yanvar hadisələrində baş rolu keçmiş SSRİ-nin göstərişi ilə onun erməni əlaltıları oynadığı üçün araşdırma aparılmayıb. Bu hadisələr 1988-ci ilin Sumqayıt hadisələrinin davam idi. Çünki Azərbaycanın bu şəhərində də qırğınları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin yerlərdəki agentlərinin törətdiyinə dair məlumatlar var.

Erməni qırğının təşkilatçılarından ən fəalı iki dəfə məhkum edilmiş Eduard Robertoviç Qriqoryan adlı erməni olub. Təkcə o, 6 ermənini öldürüb. Bunları etməkdə məqsəd erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq olub. Sumqayıt hadisələrinin fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları uzun müddət mətbuatdan gizli saxlanılıb.

Bu hadisənin əsasında Qarabağın Azərbaycanın tərkibindən çıxmasına nail olmaq durub. Sonralar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hadisə ilə bağlı bunları bildirib: "Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Ölkə rəhbərliyi (SSRİ-ni nəzərdə tutur-red.) bu məqamdan istifadə edib “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə dair qərar qəbul etsə idi, Azərbaycan xalqının buna etiraz etmək imkanı olmayacaqdı”.

Ermənistanın tanınmış siyasi xadimlərindən biri Paruyr Ayrikyan da etiraf edib: "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu". Bu hadisələrin Moskva tərəfindən törədildiyini DTK-nin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi.

Yanvar hadisələri eyni xətlə törədilib. Azərbaycanda milli azadlıq hərəkatından narahat olan sovet rəhbərliyi onun qarşısını almaq məqsədi ilə Bakıya əlavə qoşun yeritmək üçün bəhanə axtarırdı. Bu işdə o, Sumqayıt hadisəsini təkrarladı. O vaxt Bakıya yeridilən qoşun və xüsusi təyinatlılarına SSRİ-nin müdafiə nazir Dmitri Yazov başçılıq edib. O müsahibələrindən birində bildirmişdi ki, qoşun “erməni qırğınının qarşısını almaq üçün yeridilmişdi. Elə bu səbəbdən də Yanvar hadisələrinin ermənilərə aid hissəsi araşdırılmayıb. Çünki Sumqayıtdakı kimi ermənilər Bakıda da Moskvanın əlinə oynamışdı.

1988-ci il hadisələrinə gəlincə, Ermənistan hökumətinin ruporu yenə faktları təhrif edib. Həmin ilin payızında 300 minə yaxın qərbi azərbaycanlı indiki Ermənistan ərazisindən zorla, silah gücünə qovulub. Bu cinayətdə sovet hərbçiləri də ermənilərlə birlikdə fəaliyyət göstərib. Mövcud məlumatlara əsasən, 1988–1989-cu illərdə Qərbi Azərbaycanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), mindən çox azərbaycanlı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu siyahı tam deyil.

Odur ki, bu hadisələr erməni liderlərinin, ideoloqlarının və havadarlarının birgə fəaliyyətinin nəticəsidir. Sumqayıt hadisələri, 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığından zorla məhrum edilməsi, mal-mülklərinin qanunsuz olaraq mənimsənilməsi, bunun ardınca Bakıya sovet qoşunun yeridilməsinin bir hədəfi olub: Azərbaycan torpaqlarını işğal etmək, milli azadlıq hərəkatını dağıtmaq.

Yeri gəlmişkən, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli məlum bəyanatın müddəalarından biri Qarabağa Rusiya sülhməramlılarının yeridilməsi haqqındadır. Bu, sübut edir ki, Moskva regionda maraqlarını həyata keçirmək məqsədi ilə ermənilərdən yararlanıb. Ermənilər də bir qayda olaraq bu xidməti məmnuniyyətlə qəbul ediblər. Odur ki, “baqramyan”ın bəhs etdiyi mövzu ermənilərin keçmiş sovetlərlə qarşılıqlı əlaqəsi zamanı baş verib. Həmin hadisələrdə əsas hədəf Azərbaycanı çökdürmək və talan etmək olub. Xocalı soyqırımı, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması həmin hadisələrin davamı və nəticəsi olub. Bu baxımdan “baqramyan”ın iddia etdiyi “araşdırma” aparılsa, Ermənistanın ideoloqları və hədəfləri ifşa olunacaq. Odur ki, hökumət kanalı “ayıbına baxıb, utansa”, sussa daha məntiqli davranar.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR