
Bir sıra fiziki və hüquqi şəxslər lisenziya almadan bəzi ünvanlarda sürətli poçt (karqo) xidmətləri göstərir.
Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
Bildirilir ki, həmin şəxslərin fəaliyyəti qeyri-qanunidir. Bu cür vəziyyət bazarda rəqabət mühitinin pozulması, xidmət keyfiyyətinin aşağı düşməsi və istehlakçı hüquqlarının pozulması ilə nəticələnə bilər.
Agentlik xatırladır ki, vətəndaşlar verilmiş lisenziyalar barədə məlumatlarla tanış ola bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.