16-01-2024, 16:43 472

Gürcüstanda 9 Aprel və 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Yanvarın 16-da Gürcüstanın Marneuli şəhərində qanlı 9 Aprel hadisələrinin 35, 20 Yanvar faciəsinin isə 34-cü ildönümünə həsr olunmuş “Milli Dirəniş və Azadlığa gedən yol” adlı sərgi və “Unutsaq-unudularıq” mövzusunda anım tədbiri keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Marneulidəki “Azərbaycan Evi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Marneuli bələdiyyəsinin rəhbərliyi və deputatlar, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK), TİKA-nın, Türkiyənin Maarif Okullarının Tbilisi nümayəndəliyinin, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin, “Alyans” Gənclər Mərkəzinin rəhbərliyi və üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. O, Azərbaycan və Gürcüstanın müstəqillik uğrunda mübarizə tarixindən söz açıb, keçmiş sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanda törətdiyi qırğınların əsas səbəblərindən danışıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, sovet imperiyasının bu qırğınları törətməkdə məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qırmaq olub. Lakin onlar öz istəklərinə nail ola bilməyiblər. Azərbaycan və gürcü xalqları öz qanları bahasına yenidən müstəqilliyinə qovuşublar.

O, Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasında, dövlət müstəqilliyimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndər 1990-cı ilin yanvar qırğınından dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə ilk siyasi qiymətini verib. Diplomat Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə bu ölkədə yaşayan soydaşlarımızın rolunu qeyd edib, 20 Yanvar faciəsi zamanı Gürcüstanəsilli 6 şəhidin olduğunu qeyd edib.

Sonra Marneuli Bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, Türkiyə Maarif Okullarının Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, ictimai-siyasi xadim, parlamentin sabiq deputatı Mahir Dərziyev, əməkdar jurnalist Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Azərbaycan dili müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək 9 Aprel və 20 Yanvar faciələrini şərh edib, fikirlərini bölüşüblər.

Sonda ehsan süfrəsi açılıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR