17-01-2024, 22:16 451

Qərbi Azərbaycan Xronikası: Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin məkrli siyasətinin hədəfi seçilən, rus və erməni millətindən olan ayrı-ayrı şəxslərin adını vermək bəһanəsi ilə toponimi dəyişdirilən Ellər rayonu haqqında süjet hazırlanıb.

“AVESTA.AZ”un xəbərinə görə, “Ellər rayonunun adı niyə 4 dəfə dəyişdirilib?” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılmasından, məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması, indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olduğu bildirilir.

Qeyd olunub ki, Ellər rayonu Qərbi Azərbaycanın Qırxbulaq mahalı ərazisində yerləşən qədim oğuz yurdlarından biridir: “Bütün dövrlərdə azərbaycanlıların yaşadığı bu məkan orta əsrlərdə Qırxbulaq mahalı adı ilə İrəvan xanlığının tərkibinə daxil olub. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində Ellər rayonunun da əhatə olunduğu mahalda 26 kənd dağıdılıb. 1905-ci ildə isə Ellər rayonu ərazisində üç kənd tamamilə məhv edilib. Həmin ildən başlayaraq azərbaycanlılar sıxışdırılıb və 1906-cı ildən burda ermənilər məskən salıb. Nəhayət, 1930-cu il sentyabrın 9-da ərazisi 844 kvadrat kilometr olan Ellər rayonu yaradılıb.

1961-ci il oktyabrın 12-dək Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. 1990-cı ildə isə Abovyan bölgəsi yenidən Kotayk adı ilə əvəz olunub. Buradan İrəvan şəhərinə olan məsafə 16 kilometr təşkil edir”.

Diqqətə çatdırılıb ki, SSRİ rəhbəri İosif Stalin tərəfindən azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarının imzalanmasından sonra Ellər rayonu üzrə vəziyyət daha da acınacaqlı hal alıb: “Məhz bu rayon 1948-1951-ci illərdə baş verən köçürmə siyasətinə ən çox məruz qalan məkanlardan biridir. Həmin illərdə rayonun türk əhalisi Azərbaycana köçürülüb. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılıb. 1988-ci ilin son deportasiyasında azərbaycanlıları bu ərazilərdən tamamilə çıxarmaqla ermənilər addəyişmə əməliyyatlarını daha da asanlaşdırıblar. Belə ki, rayon üzrə, təqribən, 30-dan çox tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə inzibati mərkəzi Axta, yəni dəyişdirilmiş adı Hrazdan olan Kotayk mərzliyi yaradılıb. Bu mərzliyə Ellər rayonu, yəni Abovyan, Dərəçiçək, yəni Tsaxkadzor şəhəri, eləcə də Byureqavan və Çarentsavan şəhər tipli qəsəbələri daxildir”.

Sonda vurğulanıb ki, oğuz yurdlarına yerləşdirilən gəlmə ermənilər Qərbi Azərbaycan ərazilərini hərtərəfli zəbt etməklə yanaşı, həm coğrafi, həm də siyasi saxtakarlıq üzrə məşhurluq qazanıblar: “Özlərini dünyaya məsum göstərən ermənilərin bu cür bəd əməllərinin qurbanı isə daim qərbi azərbaycanlılar olub. Lakin bütün çətinliklərə baxmayaraq, oğuz türkləri doğma yurd yerlərinə yenidən qayıdışın sevincini yaşayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı “Baku TV”nin süjetində:

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR