22-11-2023, 20:48 1653

Qərbi Azərbaycan Xronikası: İki müqavilə ilə Ermənistana verilən Amasiya rayonu

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə qədim tariximizi sübut edən, oğuz türklərinin mədəni mühitinin daim mövcud olduğu Amasiya rayonu haqqında süjet hazırlanıb.

"AVESTA.AZ" xəbər verir ki, “Əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən yurd” adlı süjetdə indiki Ermənistan ərazisinin Azərbaycan türklərinə məxsus olması, onların bu məkanda qədim dövrlərdən məskən salıb yaşamasının bütün mənbə və sənədlərdə təsdiqini tapması, bu tarixi torpaqların zaman-zaman mənfur ermənilər tərəfindən mənimsənilməsi qeyd olunur.

Bildirilir ki, Ağbaba və Şörəyel mahallarının tərkibi kimi Amasiya rayonunun ərazisi Şərqi Anadoluya aid olub. Türkiyə və Gürcüstanla həmsərhəd olan bu ərazi 1921-ci il Moskva və Qars müqavilələrinə əsasən Amasiya rayonunun torpaqları kimi indiki Ermənistana verilib. Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi Türkiyəyə gedib. Bir çox kənddə isə əhalinin xeyli hissəsi SSRİ ilə Türkiyə arasında sərhəd qoyulan zaman Qarsa köçüb, yerdə qalanların bir qismi isə repressiyalara məruz qalıb”.

Vurğulanıb ki, 1930-cu il sentyabrın 9-da yaradılan Amasiya rayonu Qərbi Azərbaycanın Ağbaba mahalı ərazisində böyük rayon kimi tanınıb. Ərazisi 608 kvadrat kilometrdən ibarət rayonun mərkəzi Amasiya şəhər tipli qəsəbə sayılıb:

“Bütün əhalisi qarapapaq türklərindən ibarət olan Amasiya bölgəsində 1831-ci ildə 5800, 1897-ci ildə 12 288, 1926-cı ildə 9888, 1939-cu ildə 14 911, 1959-cu ildə 12 794, 1972-ci ildə 19 724 azərbaycanlı yaşayıb. Ermənilər Qafqaza köçürüldükdən sonra yavaş-yavaş Amasiya rayonunda da ayaq açmağa başlayıblar. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçündə ermənilər yaşayıb.

Sovet dönəmində isə rayonda mövcud olan 24 kənddən 22-si sırf azərbaycanlılardan ibarət olub. 1948-1953-cü illərdə Amasiyadan insanlar Azərbaycan ərazilərinə məcburi deportasiya edilib. Buna parelel olaraq Türkiyədən, Suriyadan, Livandan ermənilər Ermənistana köçürülüb, Gümrü, yəni Leninakan şəhərinə və Amasiya rayonuna yerləşdiriliblər. 1988-ci ilin sonunda rayon oğuz türklərindən tamamilə təmizlənib, azərbaycanlılar 23 kənd və yaşayış yerini tərk etməyə məcbur olub. Nəhayət, 1995-ci ildə Amasiya rayonu ərazisinin birləşdirilməsi nəticəsində mərkəzi Gümrü şəhəri olan Şirak mərzi yaradılıb. Ermənistan rəhbərliyinin müxtəlif qərarları ilə Amasiya rayonu üzrə 25 kəndin adı dəyişdirilib”.

Sonda diqqətə çatdırılıb ki, Amasiya tarixində Azərbaycan türklərinin xüsusi yerinin olması inkaredilməzdir:

“Buna baxmayaraq, ermənilərin terror və köçürmələri nəticəsində bu ərazidə nə azərbaycanlı, nə də onlara məxsus məkan qalmayıb. Lakin əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə məhz onların kimliyi, boya-başa çatdıqları məkan qeyd olunub və yaddaşlarda elə o cür də yaşayır. Əminik ki, ümumi əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən bu məkan da əsl yiyəsinə yenidən qovuşacaq, zəngin tarixi keçmişini bərpa edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabr 21-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR