18-01-2024, 11:34 453

Oleksiy Danilov:

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov "AVESTA.AZ"un Şərqi Avropa bürosuna müsahibəsində ölkəsinin gündəmində duran məsələlər - səfərbərlik haqqında qanun layihəsi, Rusiya-Ukrayna müharibəsinin gedişi və s. məsələlərə toxunub.

- Səfərbərlik barədə yeni qanun layihəsinin bu qədər səs-küyə səbəb olması, müzakirəsinin gecikməsi nə ilə əlaqədardır? Hansı məqamlar ictimaiyyətin mövqeyi ilə üst-üstə üstə düşmür?

- Səfərbərlik 2022-ci ilin fevralın 24-də hərbi vəziyyətin tətbiqindən dərhal sonra başlayıb və bir gün belə dayandırılmayıb. İndi bu prosesi ədalətli etmək üçün bəzi düzəlişlər etməliyik. Söhbət məhz bundan gedir. Silahlı qüvvələrə cəlb edilən vətəndaşlar bilməlidirlər ki, nə qədər müddətə, hansı şərtlərlə hazırlıq işləri aparılacaq. Böyük problemlərin olacağına inanmırıq. Sadəcə olaraq, insanlar bu qanunun son layihəsini görmədikdə, bəzi şeylərə fərqli fikir bildirə bilərlər. Amma əminəm ki, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinə daxil olanlar üçün ədalətli bir qanun qəbul ediləcək.

- O zaman müzakirələr nə vaxta gözlənilir?

-Bu, Ali Radanın deputatlarından asılıdır. Onlar qanunvericidirlər və bu onların hüququdur.

- Yeni layihədə ölkədən xaricdə olan çağırışçıların səfərbərliyə cəlb olunması bildirilir. Onların geri qayıdıb orduya cəlb olunması üçün hansı mexanizm var?

- Başa düşürük ki, başqa ölkənin ərazisində olan şəxs də həmin ölkənin qanunlarına tabedir. İstərdik ki, vətəndaşlar geri qayıtmaq imkanına malik olsunlar, amma zorla bunu etmək heç də mümkün deyil. Əgər onlar rəsmi olaraq hərbi təcavüzdən əziyyət çəkən qaçqın kimi həmin ölkənin ərazisindədirlərsə, o zaman həmin ölkənin bu məsələ ilə bağlı öz qanunvericiliyi də var. Biz hüquqi cəhətdən müdaxilələr edə bilmərik.

- Son vaxtlar Rusiyanın Avropa ölkələrinə də hücumu ilə bağlı ekspertlər proqnozlar verir. Bunu real hesab edirsinizmi?

- Əgər Rusiya Ukrayna ərazisindəki müharibədə məğlub olarsa, təbii ki, Avropada müharibə olmayacaq. Avropa indiki prosesləri qıraqdan izləməyi davam edərsə və ölkəmizə fəal kömək etməzsə, ola bilər ki, NATO ölkələri Rusiya ilə vuruşmağa məcbur olacaq. NATO-dakılar, Qərb indi qərar verməlidilər.

- Son vaxtlar xarici və yerli mətbuatda Ukrayna və Rusiya arasında gizli danışıqların aparılmasından bəhs edilir. Bu həqiqətdirmi və mövzu nədir?

- Biz Rusiya ilə heç bir danışıqlar aparmırıq. Onların dediklərinin hamısı cəfəngiyatdır və reallığa uyğun gəlmir. Danışıqların aparılması üçün müvafiq səlahiyyətlər verilməklə Ukrayna Prezidentinin sərəncamı ilə təsdiq edilmiş danışıqlar qrupu yaradılmalıdır. Biz heç bir danışıqlar aparmamışıq.

- ABŞ-nin yardımının ləngiməsi də son vaxtlar müzakirə mövzusudur. Ukraynada yerli sənayenin inkişafı fonunda onun yardımı bərpa olunmazsa alternativ nələr düşünülür?

- Bizcə, ABŞ-ın yardımı tamamilə dayandırılmayacaq. Onların öz daxili prosesləri var. Bəzi nüanslar tətbiq edən seçki dövrünə girdilər. Amma əminəm ki, onlar bizim xeyrimizə olacaq bir həll tapacaqlar.

- Böyük Britaniya və digər ölkələrin son günlər Ukraynanın təhlükəsizliyinə qarant durma ilə bağlı ciddi əməkdaşlıqlara imza atılır. Bu Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin təhlükəsizliyinin tam bərpasını nə qədər sürətləndirə bilər?

- Biz mütləq bütün ərazilərimizi 1991-ci ildəki sərhədlər daxilində qaytaracağıq, çünki bu, bizim əsasımızdır, Konstitusiyamızın əsasıdır. Yeganə qalan vaxt məsələsidir. Rusiyaya gəlincə, Qərb ölkələri onun dağılmasına hazırlaşmalıdır. O, indiki formada olmayacaq, mütləq dağılacaq. Bunu Qərbdə də, Rusiyanın qonşuları da bilməlidir. Onun 100 illik dövrü başa çatdı. Süni bir qurumdur. Ərazisində nə ruslar, nə də Rusiya ilə heç bir əlaqəsi olmayan çoxlu xalqlar yaşayır. Onların dini, dili, adət-ənənələri və sair Rusiyadan fərqlidir. 1917-ci il çevrilişindən sonra onlar zorla ilhaq edilərək bu bataqlığa düşdülər. Oradan çıxanda müstəqil İçkeriya, müstəqil Dağıstan, Tatarıstan və bir çox başqa müstəqil yaranacaq.

- Axır vaxtlar Ukrayna Rusiya ərazisinə zərbələr endirir. Yəqin ki, bu əsasən Ukrayna şəhərlərinə Rusiyadan atılan raketlərə cavabdır...

- Rusiya ərazisində yerləşən hərbi obyektlərin dağıdılmasına gəlincə, onlar bizim üçün hədəfdir. Biz onları mütləq məhv edəcəyik. Ən çox dənizdə, cəbhənin Qara dəniz cinahında uğur qazanırıq. Bu il qüvvələrimiz çox mühüm hədəfi – işğalçılar üçün çox vacib vəzifəni yerinə yetirən A-50 təyyarəsini məhv edib. Onların yalnız bir neçə belə təyyarəsi var. Biz mülki əhali ilə müharibə aparmırıq. Bunlar yalnız hərbi obyektlər olacaq.

- Təbii ki, konkret vaxt soruşmaq çətindir. Sizcə, müharibənin nə qədər davam edəcəyini söyləmək olar?

- Ədalət bizim tərəfimizdədir, səbirli olmalıyıq. Biz xalqımızın azadlığı naminə mübarizə aparırıq. Bilirsiniz ki, xalqın mübarizəsi nə qədər uzun olsa da, sonda öz nəticəsini verir. Mübarizə aparmalıyıq və aparacağıq da. Qələbə isə mütləq bizim olacaq. Bildiyiniz kimi, Böyük Britaniya ilə böyük müqavilə imzalayan ilk ölkələrdən biri olmuşuq. Bu, ilk növbədə maksimum əməkdaşlıq haqqındadır və təkcə təhlükəsizlik və müdafiə sektoruna deyil, bir çox başqa sahələrə aiddir. Bizim üçün çox vacib bir şeydir. İndi müharibə dəyişib, daha texnoloji xarakter qazanır, insanlar da dəyişir. Tamamilə fərqli bacarıqlara malik insanlar var. 24 fevral 2022-ci ildə olan müharibə ilə indiki müharibə tamam başqadır. Bu, hətta texnoloji cəhətdən fərqli bir prosesdir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR