
Bakının Suraxanı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un məlumatına görə, sərnişin avtobusu hərəkətdə olarkən qarşıda gedən minik avtomobilinə çırpılıb.
Hadisə zamanı minik avtomobilində olan 6 yaşlı Hacıyev Saleh Vahid oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.