
Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var.
"AVESTA.AZ"un məlumatına görə, 3 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Quliyeva Fatimə Bəhram qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.