
Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə yanvarın 17-də saat 18:40 radələrində Suraxanı rayonunda, Zığ-Hövsan şossesində qeydə alınıb.
Belə ki, Vasif Həsən oğlu Bağırov idarə etdiyi "Daewoo BS 090" markalı sərnişin avtobusu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü Qəmər Bəbir qızı Muradovanı vurub. Qəza nəticəsində Q.Muradova almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.