
Bu il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı DVB-T2 standartlı HD formatlı sınaq yayımı həyata keçiriləcək.
Audiovizual Şuranın icazəsi ilə Bakı şəhəri ərazisindəki "Alternativ" RTYS-dən seçilmiş TV yayım kanalları və FM işçi radiotezliklərində yerinə yetirilmiş sınaq yayımlarının nəticələri təhlil olunmuş və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin əməkdaşları ilə müzakirə olunmuşdur.
Bakı şəhəri və Abşeron yarımadası ərazisində, həmçinin ölkəmizin bütün bölgələrində DVB-T standartlı yerüstü televiziya yayımından daha keyfiyyətli DVB-T2 standartlı televiziya yayımına keçilməsi üçün müxtəlif səviyyələrdə müzakirələr aparılmış, abonentlərin bu keçidə hazırlıq səviyyəsi öyrənilmiş, tərəfimizdən müvafiq arayış hazırlanmış və nəticə olaraq "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə birgə 2024-cü il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı DVB-T2 standartlı HD formatlı sınaq yayımının həyata keçirilməsi qərara alınmışdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.