19-01-2024, 13:51 490

“S&P”: “Asiya-Avropa marşrutu üzrə konteyner daşımaları daha iki dəfə bahalaşa bilər”

Husilərin Qırmızı dənizdə gəmilərə hücumu nəticəsində təchizat zəncirinin pozulması son həftələrdə Asiya-Avropa kimi ən çox zərər görən marşrutlarda yükdaşıma tariflərinin təxminən 300 % artmasına səbəb olub və bu tariflər potensial olaraq daha iki dəfə bahalaşa bilər.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırılmasında deyilir.

Bildirilib ki, qlobal dəniz ticarətinin təxminən 10 %-i məhz bu marşrutla həyata keçirilir.

Hesabatda qeyd edilib ki, bir çox gəmiçilik şirkəti təhlükəsizliyə üstünlük verir. Odur ki, onlar ya Qırmızı dəniz və Ədən körfəzindən keçən marşrutlarından istifadə etmir, ya da daşımaları Ümid burnundan keçən daha uzun dəniz yolu vasitəsilə həyata keçirir.

“Clarksons Research”in məlumatına əsasən, Qırmızı dənizi keçən konteyner gəmilərinin tonajı ciddi korreksiya ilə üzləşib və bununla bağlı göstərici ötən ilin dekabr ayının ikinci yarısında birinci yarısı ilə müqayisədə düz 80 %-dən çox azalıb. Digər tərəfdən, yükdaşıma müddətinin uzanmasına səbəb olan Afrika marşrutundan istifadə yanacaq və ekipaj xərclərinin artması və təchizat zəncirlərinin pozulması ilə nəticələnir. Məsələn, konteyner gəmisinin Ümid burnu marşrutundan istifadəsi səfər müddətinin Şərqi Asiya-Şimali Avropa istiqamətində 10 gün və Şərqi Asiya-Aralıq dənizi istiqamətində isə 14 gün uzanmasına səbəb olur.

Beləliklə, bununla bağlı qeyri-müəyyənliyin yüksəlməsi fonunda planlaşdırılmamış reyslərin müddətinin artması və gəmiçilik şəbəkəsinin fəaliyyətində fasilələrin yaranması gəmiçiliklə yükdaşıma bazarını daraldıb. Buraya xüsusilə konteyner gəmiləri yükdaşımaları daxildir.

“S&P”nin hesabatında qeyd edilib ki, 2023-cü ildə yük daşıyıcıların qazanclarının kəskin azalmasından sonra hazırda yükdaşıma tariflərindəki artım əslində, laynerlərin əvvəlcədən planlaşdırmadıqları gəlir əldə etməsinə səbəb olacaq: “Biz ekspeditorlar və hava yolu vasitəsilə daşımalarla məşğul olan şirkətlərin dolayı yolla maliyyə vəsaiti əldə edəcəyini proqnozlaşdırırıq”.

Amma “S&P” yükdaşıma xərclərinin COVID-19 pandemiyasının yayıldığı dövrdəki kimi rekord həddə çatacağını gözləmir:

“Əksinə, yükdaşıma xərcləri bu ilin ikinci yarısından başlayaraq azala bilər. Hazırda iqtisadi vəziyyət 2020-2021-ci illərdəkindən tamamilə fərqlidir. O vaxt, yəni karantin dövründə dövlət dəstəyi tədbirləri ilə stimullaşdırılan məhsullara istehlak tələbatı müstəsna dərəcədə yüksək idi. Bu gün xidmətlərə nisbətən məhsullarla bağlı xərclər daha az və balanslıdır. Bundan başqa, yeni gəmilərin əhəmiyyətli tədarükləri səbəbindən konteyner daşımaları bazarında tələb və təklif balansının qorunub saxlanmasını gözləmirik. “Clarkson Research”ə görə, ümumi qlobal donanmanın 27 %-ni təşkil edən hazırkı sifariş portfeli bu il ərzində konteyner laynerlərinin ümumi gücünün 7-8 % arta biləcəyini göstərir (2023-cü ildə olduğu kimi)”.

Məlumatda vurğulanıb ki, görünür, Rusiya neftini, Qətər təbii qazını və mayeləşdirilmiş təbii qazı (LNG) daşıyan tankerlər Yəmən husilərinin hücumlarına məruz qalmayıb:

“Hesab edirik ki, bu, Səudiyyə Ərəbistanının Ədən körfəzinin şimalındakı “Yanbu” terminalı vasitəsilə gündəlik 7,5 milyon barel neft tədarükünü Avropaya yönəltmək qabiliyyəti ilə birlikdə ona gətirib ki, neft və təbii qaz bazarları əhəmiyyətli risk mükafatlarını nəzərə almır. Bu onunla əlaqədardır ki, Qətərin Avropa LNG idxalındakı 12 %-lik payını (və ümumi Avropa istehlakının 5 %-ni) Ümid burnu vasitəsilə nəql etməsinin bir qədər baha başa gəlməsinə baxmayaraq, Ədən körfəzindəki hərbi əməliyyatlar nəticəsində fiziki təbii qaz çatışmazlığı riskləri hələ də aşağı olaraq qalır. Neftə gəlincə, bu marşrut ümumi neft xərclərinin 3 %-dən azını təşkil edir. Yanvarın 17-nə olan məlumata görə, Avropaya çatdırılan LNG-nin qiyməti 1000 kubfut üçün 8 ABŞ dollarına düşüb və bu da son 6 ayın ən aşağı göstəricisidir. Hətta bu rəqəm Avropanın enerji böhranından əvvəlki 2021-ci ilin ortaları səviyyəsinə yaxındır”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR