
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşa klubu LKS-ə keçidi rəsmiləşib.
“AVESTA.AZ” xəbər verir ki, Lodz təmsilçisi 28 yaşlı müdafiəçini rəsmi saytı vasitəsilə təqdim edib.
“Qarabağ”dan alınan mərkəz müdafiəçisi Polşa Ekstraklasa komandası ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.