21-01-2024, 13:32 493

Vyana şəhərində “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun toplantısı keçirilib

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 7 fevral növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun təşkilatçılığı ilə Avstriyada yaşayan soydaşlarımızın toplantısı keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq əməkdaşı, dünya şöhrətli azərbaycanlı alim, “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun Avstriya üzrə nümayəndəsi Bəxtiyar Siracov açaraq, bu il müstəqillik əldə olunandan bəri ilk dəfə işğaldan azad olunmuş ərazilərdə də seçki məntəqələrinin fəaliyyət göstərəcəyini bildirib və səsvermə hüququ olan Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal iştiraka dəvət edib. O qeyd edib ki, vətənimiz hazırda öz tarixinin ən önəmli dövrlərindən birini yaşayır, dövlətimiz Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və Azərbaycan xalqının əzmi ilə öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Buna görə xalqımız və ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız öz dövləti ilə qürur duyur.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycan xalqının bu gün öz dövlət müstəqilliyini və suverenliyini tam bərqərar edərək, uğurlu gələcəyə doğru inamla irəlilədiyini ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında xarici ölkələrdəki Azərbaycan diasporu ilə görüşlərin mütəmadi xarakter daşıdığını, beynəlxalq konfrans çərçivəsində Vyanaya səfəri zamanı həmkarları ilə bu görüşə qatılmaqdan məmnunluğunu bildirib. Azərbaycan dövlətinin daim xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərdiyini, problemlərinin həllinə çalışdığını diqqətə çatdırılıb. Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışının və tövsiyələrinin diaspoq quruculuğu fəaliyyətində yeni mərhələ açdığı, hazırda Komitə tərəfindən dünyanın 16 ölkəsində 27 Azərbaycan Evinin yaradıldığı və Azərbaycan dili həftəsonu məktəblərinin açıldığı, diaspor təşkilatlarının nəzdindəki kurslarla birlikdə bu məktəblərin sayının yüzə yaxın olduğu vurğulanıb.

Sonra “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun üzvləri “Culture Meeting Point” təşkilatının musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, müsiqişünas Fərəh Tahirova, Avstriyanın Anton Brukner adına Konservatoriyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli, Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, eləcə də Vyanada yaşayan tanınmış pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadə çıxış edərək, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda baş verən prosesləri diqqətlə izlədiklərini bildiriblər. Ölkə daxilində siyasi stabitliyin hökm sürdüyünü, iqtisadiyyatımızın dayanıqlı şəkildə inkişaf etdiyini, vətənimizin dünya dövlətləri arasında layıqlı yerini tutduğunu vurğulayan diaspor fəalları bildiriblər ki, bütün bunlara görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərdiyi fədakarlığa borcluyuq:

“Onun yürütdüyü müstəqil siyasət, daim nümayiş etdirdiyi əzm, dövlətimizə qarşı edilən haqsız təzyiqlərə qarşı göstərdiyi sərt duruş Prezidentimizə bütün dünya azərbaycanlılarının etimadını, məhəbbətini, güvənini qazandırıb”.

Təşəbbüs qrupunun üzvləri soydaşlarımızı qarşıdan gələn növbədənkənar Prezident seçkilərində fəal iştirak etməyə, dövlətimizin yanında olduqlarını, onun gələcəyinə biganə qalmadıqlarını ifadə etməyə, daim dəstək verdiklərini nümayiş etdirməyə dəvət edib.

Tədbirin bədii hissəsində Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə (fortepiano) və Ruhulla Əzizin (kamança) ifasında klassik əsərlərdən ibarət proqram təqdim edilib.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR