
Göygöl rayonunun Hacıməlik ərazisində avtomobil qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, kiçiktutumlu yük maşını "QAZel" ilə "KAMAZ"ın toqquşması nəticəsində 1946-cı il təvəllüdlü Həsən Musa uğlu Bayramov hadisə yerində keçinib, onun oğlu 1996-cı il təvəllüdlü Müşfiq Bayramov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.