
Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün “Liverpul”un düşərgəsinə qayıdacaq.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə jurnalist Lyuis Stili “Liverpul”un baş məşqçisi Yurgen Kloppdan sitat gətirib.
“Salahın “Liverpul”da bərpa prosesi keçəcəyi nəzərdə tutulub. Hazır olarsa, yəqin ki, Afrika Millətlər Kubokunda finalda çıxış etmək üçün yığmaya qayıdacaq”, – almaniyalı çalışdırıcı söyləyib.
Misir Futbol Assosiasiyası futbolçunun millinin düşərgəsini tərk edəcəyini .
Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Qanaya qarşı oyunda (2:2) belindən zədələnib.
Xatırladaq ki, daha öncə Misir Futbol Assosiasiyası Salahın zədə səbəbindən buraxacağı oyunların sayını açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.