22-01-2024, 16:47 469

Azərbaycan turizm potensialından tam istifadə edirmi?

Azərbaycan rəsmiləri ölkənin turizm sektorunun imkanları, bu sektorun gətirdiyi gəlir, onun qeyri-neft iqtisadiyyatının inkişafındakı rolu barədə ağızdolusu danışır.

Bəs ölkəmiz turizm potensialından tam istifadə edirmi?

Xeyli sayda tarixi abidələri, dənizi, çayları və gölləri, dağlıq əraziləri, meşələri olan Azərbaycanda hansı turizm növləri inkişaf etdirilib? "Report" mövzunu turizm mütəxəssisləri ilə müzakirə edib.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyir ki, son illər Azərbaycanda ən çox işgüzar turizm sahəsində canlanma müşahidə olunur: "Müxtəlif tədbirlərdə, o cümlədən konfrans və sərgilərdə iştirak etmək üçün ölkəyə xaricdən axın xeyli artıb. Bunu hər ay açıqlanan turizm statistikasından da görmək olar. Ümumiyyətlə, işgüzar turizm çox maraqlı istiqamətdir".

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Azərbaycana ilin bütün fəsillərində turistlərin gəlməsinə çalışsa da, yay turizmi nisbətən daha yaxşı inkişaf edib: "Yay aylarında Azərbaycana həm Qərb, həm də Şərq ölkələrindən güclü axın olur. Bu da təbiidir. Çünki, Bakı Qərblə Şərqin qovuşduğu yerdir və burada həm Avropa, həm də Asiya ölkələrinin vətəndaşları özlərini çox yaxşı hiss edirlər. Amma bizim hədəfimiz dörd fəsil turizmdir və yerli biznes də buna çalışır".

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı"nın sədri Ceyhun Aşurov da deyir ki, Azərbaycanda işgüzar turizm inkişaf edib və ölkəyə tədbirdə iştirak etmək üçün gələnlər həm də sağlamlıq turizminin potensialından istifadə edir, bu növ turizmin inkişafına töhvə verirlər: "Xarici qonaqlar xüsusən Naftalana və Duzdağa gedirlər. Ümumiyyətlə, müalicəvi neftin və duz mağaralarının, eləcə də palçıq və termal suların olması sağlamlıq turizminin inkişafı üçün önəmli bazadır. Ölkədə səfər edən turistlər əsas məqsədlərindən asılı olmayaraq, eyni zamanda digər turizm məhsullarının da istehlakçılarıdır”.

O da razılaşır ki, Azərbaycana ilin bütün fəsillərində eyni sayda turist gəlmir: "Turist axını əsasən yay aylarında olur. Onlar Xəzər dənizində çimməyə, eləcə də dənizə yaxın olmayan regionlara baş çəkib təbiət qoynunda dincəlməyə üstünlük verirlər. Amma dağlıq ərazilərimiz qış turizminin inkişafı üçün də münasib məkandır və bu potensialdan maksumum istifadə etmək lazımdır".

Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30 %-i Rusiya, 18,1 %-i Türkiyə, 7,9 %-i İran, 5,6 %-i Hindistan, 5 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Qazaxıstan, 2,6 %-i Pakistan, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Özbəkistan, 1,5 %-i Ukrayna, hər birindən 1,4 % olmaqla Küveyt və İsrail, 1,3 %-i Belarus, 1,2 %-i Türkmənistan, 1,1 %-i Çin, 1 %-i Böyük Britaniya, 11,1 %-i digər ölkələrin vətəndaşları olub.

Qonaqların 70,3 %-ni kişilər, 29,7 %-ni qadınlar təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4 %-i hava, 27,3 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Paylaş

Xəbər lenti

Zərdabda yağıntılar fəsad törətdi: FHN suçəkmə işlərinə cəlb olundu Bu gün, 11:48 WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib Bu gün, 11:48 Milli Məclis 13 məsələnin müzakirəsinə başlayıb Bu gün, 11:48 İlham Əliyev Mixeil Kavelaşvilini Gürcüstanın milli bayramı münasibətilə təbrik edib Bu gün, 11:48 DİN Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotik dövriyyədən çıxarıb Bu gün, 11:48 "İnter Mayami" Lionel Messinin durumu ilə bağlı açıqlama yayıb Bu gün, 11:48 Metrodan istifadə edənlərə VACİB XƏBƏR Bu gün, 11:48 Bakıda 8 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü Bu gün, 11:48 "Neftçi" Murad Məmmədovun "Pafos" klubuna keçidini açıqlayıb Bu gün, 11:48 Finlandiya Baş naziri dron təhlükəsi ilə bağlı açıqlama verib Bu gün, 11:48 TƏBİB-dən Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA Bu gün, 11:48 Bakının bu rayonunda konsert proqramı olacaq Bu gün, 11:48 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı Bu gün, 10:48 Gələn ildən buraxılış imtahanlarında xarici dil üzrə mətn yazmaq tələb olunacaq Bu gün, 10:48 2,3 milyon izləyicisi olan fitnes fenomeni evində ölü tapıldı Bu gün, 10:48 Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır Bu gün, 10:48 Netanyahu xəstəxanaya yerləşdirildi Bu gün, 10:48 FHN bayram günlərində gücləndirilmiş iş rejiminə keçir Bu gün, 10:48 DMX Bakı - Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət edib Bu gün, 10:48 İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur Bu gün, 10:48 Azərbaycanda bu gün iş saatları qısaldılıb - 1 saat tez çıxacağıq Bu gün, 10:48 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq Bu gün, 10:48 Şirniyyat asılılığından qurtulmağın YOLLARI Bu gün, 10:48 Kürdəmirdə 3 yaşlı uşaq binadan yıxılaraq öldü Bu gün, 10:48 Zərdabda faciə: Nənə öldü, nəvəsi ağır vəziyyətdədir Bu gün, 09:48 İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var Bu gün, 09:48 Bayram günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ - DYP-dən VACİB ÇAĞIRIŞ Bu gün, 09:48 Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb Bu gün, 09:48 AMB innovativ maliyyə məhsulları üçün yeni müraciət mərhələsinə başlayır Bu gün, 09:48 Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb Bu gün, 09:48 Mourinyo indidən "Real Madrid" üçün transfer edir - Bastoni ilə razılaşdı Bu gün, 09:48 Ağdam şəhərinə daha 417 nəfər köçüb Bu gün, 08:48 ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib Bu gün, 08:48 Alyona Əliyeva Rüqəyya Babaxanın "Ruhun müxtəlif üzləri" adlı fərdi sərgisindən paylaşım edib Bu gün, 08:48 Bakıda bir sıra yollarda tıxac var Bu gün, 08:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - VİDEO Bu gün, 08:48 Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Bu gün, 08:48 Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür Bu gün, 08:48 Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR