22-01-2024, 16:47 507

Makronun puç olan Ermənistan planı - erməni mediası Fransanı ifşa edir - ŞƏRH

Demokratiya, insan haqları, söz və mətbuat azadlığı adı altında dünyaya haqq-ədalət dərsi keçməyə cəhd göstərən Fransa riyakarcasına müstəqil dövlətlərin daxili işlərinə qarışır, münaqişələrə son qoymaq əvəzinə, onların alovlanmasına rəvac verir. Artıq əksəriyyət də etiraf edir ki, məhz indiki hakimiyyətin idarəçiliyi dövründə Fransa tarixinin ən biabırçı illərini yaşayır. Keçmiş müstəmləkələrindən biabırcasına qovulma, xarici siyasətdə yaşanan uğursuzluqlarla yanaşı, ölkə daxilində problemlər də pik həddə çatıb. Miqrantlarla bağlı sərt qanunların qəbulu, islamofobiya ilə yanaşı, antisemitizm halları pik həddə çatıb. Hökumətdə dalbadal aparılan dəyişikliklər də bunun tərkib hissəsidir.

Birtərəfli qaydada işğalçı Ermənistana dəstək isə Fransanın müasir siyasətinin əsl mahiyyətini göstərir. Prezident Emmanuel Makron hökuməti Parisin 30 ilə yaxın İrəvan və Bakı arasında münaqişənin nizamlanmasını nəzərdə tutan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmasını da bir kənara atıb. Əksinə, hər vəchlə iki ölkə arasında sülh sazişinin imzalanmasına qarşı çıxır, İrəvanı silahlandırır, anti-Azərbaycan qətnamələr, qərarlar və bəyanatlar qəbul edir.

Son hadisələr də onu deməyə əsas verir ki, Paris Cənubi Qafqazda sülh deyil, müharibə olmasında maraqlıdır. Məsələn, məhz E.Makronun təşəbbüsü ilə Azərbaycana qarşı bədnam qətnamə çıxaran Fransa Senatı erməni lobbisinin maraqlarının ifadəçisi olduğunu isbatladı.

Ötən gün də E.Makron növbəti dəfə pafoslu çıxışları ilə ermənilərin etimadığını qazanmağa çalışıb. O, ölkəsinin Silahlı Qüvvələrin şəxsi heyətinə illik müraciətində "fəxrlə" deyib ki, Ermənistana münasibətdə, ona dəstək verməklə tarixi seçim ediblər.

Prezidentin ardınca, yeni xarici işlər naziri Stefan Sejurne də diplomatik korpusa müraciətində Ermənistanın müdafiəsindən danışıb. O daha irəli gedərək bildirib ki, ölkəsi İrəvanı daimi, mütəmadi dəstəkləyəcək. Nazir “ədalətli, uzunmüddətli sülhün, qanuna və ərazi bütövlüyünə hörmətin, əhalinin tarixinə, mədəniyyətinə və hüquqlarına hörmət prinsiplərinin əsas götürüləcəyini” açıqlayıb.

Beləliklə, rəsmi Paris bu bəyanatlarla bir daha vasitəçilik missiyasının üstündən birdəfəlik xətt çəkmiş olub. Aydın olur ki, Cənubi Qafqaz ölkələrinin işlərinə qarışmaq, Ermənistanı dəstəkləmək cəhdləri sırf Yelisey sarayının maraqlarına əsaslanır.

Birincisi, Fransa bildirir ki, ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Elə olan təqdirdə, niyə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı çirkin siyasət yeridir, Bakının separatizmə son qoyduğunu dilinə gətirmir? Əksinə, sülh çağırışları səsləndirən ölkəni hədəf alır. Bu da rəsmi Parisin əsl mahiyyətini ortaya qoyur.

İkincisi, XİN rəhbəri uzunmüddətli sülhdən dəm vurur, amma Ermənistanda revanşist qüvvələri dəstəkləyir, tərəflər arasında barışıq siyasətinə qarşı çıxır. Ümumiyyətlə, nazir ərazi bütövlüyünün təmin olunması dedikdə nə demək istəyir? Ermənistan belə Azərbaycanın ərazi bütövlüyündən danışdığı halda, Paris “ermənidən artıq erməni olmağa çalışır”.

Üçüncüsü, insanların tarixinə, mədəniyyətinə və hüquqlarına hörmət prinsiplərinin əsas götürüləcəyini bəyan edir, amma 30 il hüquqları pozulan, soyqırımılara məruz qalan, torpaqlarından qovulan azərbaycanlıları nəzərə almır. Budur Makron hökumətinin ikiüzlülüyü və riyakarlığı.

Lakin Paris saydığını saysın, gör, Ermənistan mediası nələr yazır?. Belə ki, son günlər erməni kütləvi informasiya vasitələrində Fransanın ünvanına sərt tənqidlərin sayı artıb. Bu da o anlama gəlir ki, Ermənistan artıq Parisin bölgəni fəlakətə sürükləmək siyasətindən təngə gəlib. Erməni mediasında anti-Fransa çıxışların sayının artması da təsadüfi deyil, əhalinin getdikcə daha geniş təbəqəsini əhatə etməyə başlayıb.

Beləliklə, Fransaya qarşı yönəlmiş çıxışların bəzisinə nəzər salaq. Bu ölkənin nüfuzlu “VERELG” saytı E.Makronun yuxarıda qeyd etdiyimiz fikrini şərh etməyə çalışıb. “Fransa lideri Ermənistanla mövqelərin gücləndirilməsi və tarixi qərarlar qəbul etmişik” dedikdə nəyi nəzərdə tutub?” deyə nəşr yazır. Bu isə Parisin İrəvanla bağlı siyasətinin iflas olduğunu sübut edən ciddi etirafdır. Məqalədə daha sonra vurğulanır ki, İkinci Qarabağ müharibəsi və Azərbaycanın Qarabağda suverenliyini və ərazi bütövlüyünü bərpa edən zaman Paris nəyə nail ola bilmədi. “Etiraf etmək lazımdır ki, Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçi rol oynamaq cəhdləri nəticə verməyib”, - sayt yazıb. Gəlinən qənaət də ondan ibarətdir ki, ölkələrin daxili işlərinə qarışmaq siyasətinə son qoyulmalıdır. Ən əsası isə Parisin öz maraqlarını təmin etmək məqsədilə ermənilərdən istifadəsinə son qoymağın vaxtıdır.

Digər bir nəşr “Qolos Armenii” da bu məsələyə yer ayırıb və maraqlı arqumentlər gətirib. Nəşr Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana ünvanladığı son bəyanatı şərh edərək yazır ki, “əgər Lavrov diplomat olmasaydı, Paşinyana belə deyərdi - “Hə Vovaeviç, fransızlar sənə kömək etdilərmi?”. Nəşr xatırladır ki, “Paşinyan məhz Moskvadan yan keçib fransızlara söykənməklə Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edib”. Məqalədə vurğulanıb ki, məhz Fransa Qarabağ məsələsində Azərbaycana əvəzsiz dəstək göstərib. N.Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməsi də bura daxildir. “Ermənistan əvəzində nə qazandı? Heç kimə lazım olmayan Avropalı müşahidəçiləri, bir neçə zirehli döyüş maşınları və heç kimin üzərinə heç bir öhdəlik qoymayan Fransa Senatının qətnaməsini”.

Qeyd olunan sensasion faktları Fransanın Ermənistanla bağlı riyakarlığa söykənən siyasətinin iflasının başlanğıcı da adlandırmaq olar. İlk dəfədir ki, erməni cəmiyyəti Fransanın “erməni dəstəyinin” əsl mahiyyətini ortaya qoyur. Bu faktları həm də Ermənistan cəmiyyətində erməni diasporasına qarşı nifrətin artması, ziddiyyətlərin güclənməsi kimi də qiymətləndirmək olar.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR