24-01-2024, 18:53 492

Milli Məclisin deputatı Kamran Bayramov Avropa ədalətinin saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmədiyini bildirib.

O, "Report"a açıqlamasında deyib ki, demokratiya və iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın dünya birliyində nüfuzunun artdığı bir vaxtda bir sıra qərəzli beynəlxalq təşkilatlar müxtəlif dezinformasiyalar, qeyri-ciddi məlumatlar yaymaqda davam edir:

"Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm nümayiş etdirmələri Avropa məkanında demokratik dəyərlərə ikili standartlarla yanaşmaq tendensiyasının getdikcə gücləndiyi qənaəti yaradıb".

Milli Məclisin üzvü qeyd edib ki, artıq nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalıb:

"Avropa bütün dünyaya demokratiya carçısı olduğunu söyləyir, amma bütün proseslərə bu prizmadan yanaşdığını iddia edən Avropa nədənsə heç də həmişə bu "and"ına sadiq qalmır. Masa üzərində şəxsi maraqlar gəldikdə əksər hallarda "andlar" nə yazıq ki unudulur. Çox qabarıq və bir çox hallarda çox eybəcər şəkildə önə çıxan iqtisadi maraqlar demokratiya "don"una bürünmüş siyasi mövqeləri bir kənara atır. Təəssüf ki, Azərbaycan bir çox dönəmlərdə bu ikiüzlü yanaşma ilə qarşılaşmalı olur. Bu gün Qərb dövlətləri öz problemlərini həll etmək əvəzinə, digər ölkələrin daxili işlərinə müdaxilə ilə məşğuldurlar: Qəribədir ki, bu gün bir sıra beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası və Avropa İttifaqı özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərirlər. Görəsən, bu qurumlar otuz ilə yaxın bir dövrdə bir milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasını görmürdü? Axı hər dəfə bu qurumun nümayəndələri ölkəmizə gələndə öz doğma ata-baba ocaqlarından didərgin salınmış məcburi köçkünlərlə görüşür, onların yaşayış tərzləri ilə yaxından tanış olurdular. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, suverenliyini bərpa etməsi Qərbin bəzi ölkələrini ciddi şəkildə narahat edib".

K.Bayramov vurğulayıb ki, son dövrlər Avropada Azərbaycana qarşı artan hücumların başlıca səbəbi bir sıra qüvvələrin Cənubi Qafqazda yürütmək istədikləri vasitəçilik missiyasının uğursuzluğa düçar olmasıdır: "Bu uğursuzluqların əsas səbəbi həmin qüvvələrin ölkəmizə qarşı apardığı yanlış siyasətlə əlaqədardır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübuta yetirir. Ali nümayəndə Azərbaycan Prezidentinin fikirlərini tamamilə təhrif etməklə yanaşı, ölkəmizə qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi də davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir. Belə qərəzli bəyanat Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir.

Depuatat söyləyib ki, Qərbin Azərbaycana qarşı ikili standartlar siyasəti bütün intensivliyi ilə davam edir: "Avropanın yüksək dairələrinin rəsmiləri hər dəfə verdikləri açıqlamalarda Azərbaycanla daim yüksək səviyyəli və davamlı əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirirlər. Nə yazıq ki, sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir. Ancaq bu, çox davam edə bilməz. Avropanın ikili standartlar siyasəti sonda bumeranqa çevriləcək".

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR