
Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
"AVESTA.AZ" xəbər verir ki, günün ilk matçında “Xəzri” və “Cəlilabad” komandaları üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində gerçəkləşən görüş paytaxt təmsilçisinin 100:81 hesablı qələbəsi ilə bitib. Bu gün həmçinin “Sabah” - “Xırdalan” oyunu keçiriləcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 22 xalla “Xəzri” başçılıq edir. Altıncı pillədə qərarlaşan “Cəlilabad”ın hesabında 16 xal var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.